Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri və hərbçilər TTM-ə toplaşırlar.
Şəhid əsgərimizin meyiti ötən gün Azərbaycana təhvil verilib.
http://www.apa.az/herbi-xeberler/herbi_xeber/sehid-cingiz-qurbanovla-vida-merasimi-kecirilir.html