Sankt-Peterburq metropoliteninin mavi xəttindəki “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut” stansiyalarında partlayış baş verib.
AZƏRTAC Rusiya KİV-lərə istinadla xəbər verir ki, hadisə nəticəsində ən 10 nəfər həlak olub. Yaralananların arasında uşaqlar da var.
Bütün xətt üzrə qatarların hərəkəti dayandırılıb. Hər iki stansiyada sərnişinlər təxliyə olunur.
Hadisə yerində təhqiqat qrupu fəaliyyət göstərir. Cinayət işi açılıb. Partlayışın terror aktı olduğu bildirilir.
Hazırda metropolitenin mavi xəttində 7 stansiya bağlanıb.