1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Novruz Məmmədov: Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək
  • Prezidentin mətbuat xidmətinin məlumatı
  • Avropa mediası: “Serj Sərkisyan hakimiyyətdə qalmaq üçün hər şeyə razıdır”
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

Toponimik təklif

07.06.2014

fuad-babayev

Ən asan iş təklif verməkdir. Bunu hamı bacarır. Özü də yaxşı olar ki, başın çıxmayan sahə ilə bağlı təklif verəsən. Ümumiyyətlə, əziz dostlar, öyrətmək olmasın, təklif verəndə əsas diqqəti təklifin özünə yox, səsinizin tembrinə, üzünüzün ifadəsinə və əlbəttə ki, baxışlarınıza yönəldin. Təcrübə göstərir ki, ağıllı görkəmlə verilən ən adi təklif, necə deyərlər elə-belə, işçi qaydada  verilən ən əhəmiyyətli təklifə baxanda daha yaxşı qarşılanır. Və bir növ hörmətli olur.

Keçirəm təklifə. Təklifim toponimik xarakter daşıyır və olduqca faydalıdır. Bu təklifin əlaqədar qurumların diqqətini  cəlb edəcəyinə əsla şübhə eləmirəm.

Təklif edirəm ki, Bakıdakı xarici ölkə səfirliklərinin yerləşdiyi küçələrin, prospektlərin adlarına yenidən baxaq. Məsələn, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi Azadlıq prospektində yerləşir. Bu prospektin adını dəyişdirib “BMT-nin əməl olunmayan 822 saylı qətnaməsi prospekti” qoysaq necə olar?

Və yaxud Rusiya Federasiyasının ölkəmizdə fəaliyyət göstərən səfirliyinin ünvanına nəzər salaq. Bakıxanov, 17. İndi isə təsəvvür edin ki, küçənin adını dəyişmişik və Rusiya səfirliyi deyək ki, “1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan şəhəri Laçın küçəsi”ndə  yerləşir.

Siyahını davam etdirmək istəmirəm. Bakıda səfirliklər çoxdur. Düşünürəm ki, diplomatik missiyaların yerləşdiyi küçələrin adlarına yüngülvari əl gəzdirib Qarabağ problemimizi  xarici diplomatların həm özlərinin,  həm də rəhbərliklərinin yadına sala bilərik. Əminlik hissi ilə deyirəm ki, Vaşinqtondan, Dövlət Departamentindən kimsə Bakıdakı işçilərinə məktub yazası olsa, BMT-nin əməl olunmayan 822 saylı qətnaməsinin məhz nəyə həsr olunması ilə maraqlana bilər.  Və yadına düşər ki, həmin qətnamənin 21  yaşı yenicə tamam olub…. Necə bilirsiniz?

Öz ayranının turşluq əmsalının böyüklüyü ilə barışmaq iqtidarında olmayanlar ölkəsinin layiqli və vətənpərvər övladı kimi əminəm ki, indicə səsləndirdiyim təklifin həyata keçməsi bizə ancaq başucalığı gətirə bilər. Həm də ona görə ki, bu təklifi  elmi cəhətdən əsaslandırmaq mümkündür. Axı ünvanın insan psixologoyasına təsiri danılmazdır. Məsələn, mən vaxtilə Kislotnaya (yəni Turşu) küçəsində yaşayırdım. Getsin o günlər gəlməsin. Sonralar  küçəmizin adını “Babək prospekti”elədilər.

Bilirsiniz nə yaxşı oldu?

Fuad Babayev

Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

Tweet
1905.az

Oxşar yazılar

1. 1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı 2. “Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili 3. Erməni “soyqırımı”nın fotoşəkli 20 Yanvarda çəkilib? 4. “Erməni soyqırımı”: Faktların həqiqəti 5. Türk qatili “Yəhudi ovçusu”na necə çevrildi? 6. Kürəkçay müqaviləsi retrospektiv baxışda

azərbaycan xalq cümhuriyyəti - 100

Kvartet

SERİALLARIMIZ

DIASPOR MEDIADA

“Çek-ap”

SOYQIRIM: 1918-2018

Səfəvi və Osmanlı

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

Müsahibə

Cəbi Bəhramov

“Dağlıq Qarabağ məsələsi yalnız 1988-ci ildə qalxmamışdı”

Nigar Gözəlova

“Sübut və dəlillərlə danışanda ermənilərin çığır-bağır salmaqdan özgə yolları qalmır”

Jalə Mütəllimova

“Məişət səviyyəsinə endirdiyimiz publika ilə biz heç yerə gedə bilməyəcəyik.”

Musa Qasımlı

“1918-ci ildə Bakıda azərbaycanlı əhalinin dörddə bir hissəsi öldürülüb”

Firdovsiyyə Əhmədova

“Topçubaşov Bakı küçələrində gəzərək, qırğınların qarşısını almağa səy göstərirdi”.

Solmaz Rüstəmova Tohidi

“Azərbaycan Demokratik Respublikasının sovet işğalı ilə əlaqədar 1918-ci il qırğınları ilə bağlı siyasi qərar verməyə vaxtı çatmayıb”

Sütun

Fuad Babayev

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Ulu öndərin xeyir-duası ilə

WORLD OF TANKS

52 İLLİK 2 PROSESİN SONU 

Anar İsgəndərov

1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı

Kərim Şükürov

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

Şıxəli Əliyev

Erməni “soyqırımı”nın fotoşəkli 20 Yanvarda çəkilib?

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

Bizim sənətçi

RETROSPEKTİVA – Mübariz İbrahimovun obrazını mozaikada işləmək istəyən ƏMİRXAN MƏMMƏDVƏLİYEV

 – Əmirxan müəllim, neçə illərdir mozaika işi ilə məşğulsunuz…

–  Bu işlə 1976-cı ildən məşğulam. İlk işim də indiki “Azərbaycan” nəşriyyatının qarşısındakı tablo və böyründəki rəngli şüşədən vitraj olub.

Irs

Xocalıda məhv edilən həm də tarixi və mədəni abidələrimizdir

 

Bu ulu yurdda minilliklərin şahidləri, əsrlərin yadigarları da vandalizmin qurbanlarına çevrildi

 

Xocalı sözü nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta “dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, ağı-bayatısına çevrilib. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir.

Söz

Məmməd Araz – Ayağa dur, Azərbaycan!

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!

Infoqrafika

Xocalı 1992

az_infoqrafika-Xocali

Bukinist Mendel

Ceylan Mumoğlu: “Oxumaq həm də ölkələrin iqtisadiyyatına mühüm təsir göstərir.”

“Bukinist Mendel”in suallarını Ceylan xanım Mumoğlu cavablandırdı.

Wallpaper

Kəlbəcər rayonu, Tağlıdaş körpüsü

+++az_oboy_Kəlbəcər rayonu_Tağlıdaş körpüsü

Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

© 2018 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto