1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Azərbaycanlı aşpazlar ölkəmizin qastroturizm potensialını təbliğ ediblər
  • AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı Aralıq Hesabat təqdim etdi
  • ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

XANƏGAH (QUBA RAYONU) MƏSCİDİ

  • XANƏGAHDA MƏSCİD DAĞILIR…
  • Qubada tarixi məscid məhv olmaq təhlükəsi ilə üz-üzə – Fotolar
  • “Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” – Fuad Babayev
  • 4660 saylı və yerli əhəmiyyətli abidə haqqında…
  • Xanəgah məscidi 1 şeir və 14 şəkildə

132

  • Gülər Qafqazlının “Məzun sözü”
  • BABƏK
  • Şəlalə Bağırovanın “Məzun sözü”
  • H.Cavid adına 132 nömrəli məktəb

Xaqani Səfəroğlu: “Mətbuatda “sosial lift” işləmir, normal əmək haqqı yoxdur”

25.11.2019

Azpost.info internet qəzetinin baş redaktoru, jurnalist Xaqani Səfəroğlu ilə söhbət etdik.

 

 

– Ənənəvi media sosial media ilə paralel mövcuddur. Mən şəxsən informasiya istehlakçısı kimi görürəm ki, bir çox hallarda sosial media nəinki daha çevikdir, hətta daha arqumentli və obyektivdir. Siz hansı qənaətdəsiniz – sosial media ənənəvi mediaya uduzur, mübarizə gedir, yoxsa sosial media artıq qələbə çalıb?

 

– Dövrünə görə media iki yerə bölünür. Biz “off-layn” dövrünün, yəni çap mediasının jurnalistləriyik, amma ömrümüzün bu çağında internet bizi haqladı və gözləmədiyimiz, təsəvvürə gətirmədiyimiz bir yeni media sahəsinə gətirib çıxartdı. Yeni media barədə tam əminliklə danışmaq çətindir. Çünki bu proses zaman kimi daim yenilənir. Sabah nə olacağını bilmədiyimiz kimi, yeni mediada da sabah nə olacaq, öz formatını hansı formada dəyişəcək, təsəvvürümüz yoxdur. Biz ancaq axarla gedirik – medianı təqib edib ondan geri qalmamağa çalışırıq. Mənə elə gəlir ki, yeni media ənənəvi çap mediasını buna görə üstələyir. Sosial medianın vacib parametrləri nədən ibarətdir? Əslinə qalsa, bütün platformanı oxucular müəyyən edir. Oxucu yaxşı yazı oxumaq, ondan zövq almaq istəyir. Amma incə detal nədən ibarətdir? Off-layn erasında qəzet və oxucu vardı. Vəziyyət amorfdu və passiv situasiya var idi. Jurnalist yazını yazırdı, sabah çap olunurdu, oxucu onu oxuyurdu və kənddə, rayonda özündə həvəs tapan bir nəfər məktub yazıb redaksiyaya göndərirdi. Buradakı vəziyyəti jurnalist diktə edirdi. Hamı da deyirdi ki, əgər jurnalist yazıbsa, demək doğrudur. Jurnalistlər oxucuları öz arxası ilə aparırdı. Ona görə də sovet dövründə və 1990-cı illərdə jurnalist imzaları etibar qazanmışdı.

Yeni media erasında bu məsələlər tamamilə bir-birinə qarışıb. Platformaların fərqi burada üzə çıxır. Bu gün sayta yazı yazan jurnalist monitorun bir tərəfində oturubsa, eyni anda o biri tərəfdə oxucu oturub. Yazdığın yazıya iki dəqiqə sonra bir şərh, yaxud müəyyən reaksiya gəlir. Bu reaksiya da səndə çox böyük məsuliyyət yaradır. Elə yazmalısan ki, oxucu səni atıb qaçmasın. Əgər saytın populyarlaşması, medianın daha da inkişafı üçün maraqların var və öz layihəni genişləndirmək istəyirsənsə, hökmən doğrunu axtarıb düzgün informasiya verməlisən.

Hal-hazırda internet oxucusu, internet istifadəçisi dünyada, o cümlədən Azərbaycanda internet jurnalistinə bərabər səlahiyyətli şəxsə çevrilib. Bu da öz növbəsində sosial medianı internet jurnalistikası ilə bərabər səviyyəyə gətirib çıxardıb. Burada söhbət peşəkarlıqdan getmir. Bu başqa söhbətin mövzusudur. Burada vacib nədir? Dünyada bunun müzakirələri gedir. Mən özüm “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədriyəm və biz internet-media ilə bağlı çoxlu tədqiqatlar, araşdırmalar aparırırq. Dünya bir sual üzərində baş sındırır: sosial şəbəkə üzərində olan informasiyalar etibarlıdır, onlardan istifadə etmək olar? Əgər olarsa, o zaman necə istifadə olunmalıdır?

 

– Sosial şəbəkədən mediamız çox istifadə edir. Ona görə də rəyi bizim auditoriya üçün maraqlı ola biləcək adamlar çox vaxt telefon zənglərinə və s. vaxt sərf etmirlər; sosial şəbəkədə öz fikrini paylaşırlar, insanlar da bu fikirlə tanış olurlar. Bu, bizim gerçəklikdə sosial mediadan çox aktiv istifadə olunması modelidir. Görəsən, dünyada da belədir? Məsələn, D.Trampın “tvit”i mediada çox hallanır. Ancaq fərq ondadır ki, bu, Trampın “tvit”idir, sıradan bir politoloqun yox.

 

– Burada fərqli bir şey yoxdur. Söhbət yalnız mövzudan gedir. Jurnalistin izlədiyi mövzu ayrıdır. Siz bu gün bir hadisə barədə ürəyiniz istədiyi bir şərh yaza bilərsiniz. Mən isə bir jurnalist kimi sizin içində olduğunuz, demək istəmədiyiniz məsələni öyrənmək istəyirəm. Ona görə də o sualı sizə verməliyəm. Sizin yazdığınız tamamilə ayrı məsələdir, yəni daha çox gündəmlə bağlıdır.

 

– Peşəkarlıq məsələsi də var axı…

 

– Peşəkar jurnalist ayrı məsələdir. Peşəkar sərbəst iş qrafikində də çalışa bilər. Hansısa vacib hadisəni, gündəm mövzunu  videoya çəkən jurnalist normal qonorar verən redaksiyaya gedib deyəcəkdi ki, məndə filan hadisənin araşdırma yazısı və video-fotoları var və bunu satıram. Normal media formatı belədir.

İndi hamının əlində bir telefon var. Dünyada çeviklik, hadisələrə çevik reaksiya vermək çox vacib amildir. Bizdə isə, bu məsələdə hələ ciddi problemlər var…

 

– Siz aktiv jurnalistika ilə məşğul olursunuz. Bizdə hər bir idarənin mətbuat katibi var. Necə qurusunuz münasibətləri?

 

– Azərbaycanda mətbuat xidmətlərinin fəaliyyəti qənaətbəxş deyildir. Ümumiyyətlə, ölkəmizdə mətbuat xidmətinin rəhbəri funksiyaları bir az qarışıqdır. Mətbuat xidmətinin rəhbəri ictimaiyyətlə əlaqələr üzrə koordinator deməkdir. Bu xidmət yalnız mətbuatla işləməməlidir. Həm də bu xidmətin hökmən jurnalistlərdən təşkil olunması vacib deyil. Əslində o, peşəkar, yəni işini bilən və işlədiyi idarənin və kollektivin təqdimatını etməyi bacaran  PR menecerlərdən təşkil olunur. Həm də mətbuat katibi mətbuat üçün bütün açıqlamalara şəxsən cavabdeh deyil. O, idarənin ona verdiyi mətni çatdırır. Bu mətn əgər oxucuları və jurnalistləri qane etmirsə, mətbuat xidmətinin rəhbəri rəhbərlikdən tələb edə bilməz ki, bu, məni qane etmir.

Mətbuat xidmətinin rəhbəri baş vermiş hadisənin miqyasını dərhal anlamalıdır. Ola bilsin ki, idarənin rəhbərliyi hadisənin ictimai rezonansa səbəb olmasını istəmir və bundan çox narahat olur. O zaman o, dərhal məruzə etməlidir ki, vəziyyət çox ciddidir, ictimai rezonans böyükdür və çıxıb bir-iki kəlmə söz deməliyik. Ona deyirlər ki, “yola ver”. Biz təklif vermişdik ki, ümumiyyətlə, bütün nazirliklərdə mövcud mətbuat xidmətləri “format” olunsun. Bir nəfər oturub yüz nəfərə cavab verə bilməz. Nazirliklə bağlı bütün məlumatların çevik şəkildə təqdim olunması üçün mətbuat xidmətinə bir komanda lazımdır.

Azərbaycan cəmiyyətinin spesifik bir xüsusiyyəti var, rəsmi açıqlamalar onun emosiyalarına “su səpmək” kimi bir effekt verir. Xalqımız rəsmi məlumatlara inanır. Tutalım, rəsmi bir şəxs çıxıb məlumat verir ki, bu yanğın hadisəsi bu səbəbdən baş verib və biz də bunun üzərində işləyirik; insanlarda müəyyən nigarançılıq aradan qalxır ki, bəli, dövlətin bundan xəbəri var.

1990-cı illərdə mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı jurnalistlər arasında rəy sorğuları keçirilirdi. Yadınızdadırsa, bir çox nazirliklərin mətbuat xidmətləri ictimaiyyətə daha açıq idilər. Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəzsizlik naziriklərinin mətbuat xidmətləri və s. göstərmək olar. Tutalım ki, Ekologiya Nazirliyi böyük nazirlikdir, amma informasiya üzrə strateji nazirlik deyil. Meşə zolağı salınıb, çox gözəl. Amma mənim üçün Xarici İşlər Nazirliyinin, icra rəhbərlərinin məlumatları vacibdir. Bilmək istəyirəm ki, Qarabağda nə baş verir, danışıqlar prosesi necə gedir. Mən məlumat almaq üçün kiminlə danışa bilərəm? Mətbuat xidmətindən xahiş edə bilərəm ki, məni kiminləsə calaşdır, mənə deməlidirlər ki, məsələn sizi Xarici İşlər Nazirliyinin ikinci katibi ilə calaşdırırıq. Mətbuat katibi öyrənmək istədiyim məsələni mənə izah edə bilməz, çünki onun bu barədə səlahiyyəti yoxdur.

Məsələn, mənə çox pis təsir edir ki, utana-utana erməni saytlarına girib Qarabağ danışıqları ilə bağlı prezidentlərin görüşündən yazılan informasiyanı götürürəm. Axı niyə? Mən istərdim ki, öz adamımıza istinadən xəbəri verim. Bəlkə erməni elə bir şey yazır ki, mənim marağıma ziddir. Ona görə də informasiyanı təqdim etməkdə mətbuat xidmətlərinin rəhbərləri məsuliyyət daşıyırlar.

 

– Zaman-zaman çox hazırlıqlı jurnalistlərimiz mətbuat xidmətlərinə keçirllər. Və aktiv jurnalistikadan uzaqlaşırlar.

 

– Mən bunu Azərbaycan mətbuatının faciəsi hesab edirəm. Bizim mətbuatda illərlə yetişmiş peşəkar kadrlar birdən-birə bu peşəni buraxıb ayrı-ayrı yerə gedirlər. Nə qədər belə insanlar var.

 

– Amma başqa məsələ də ola bilər: insan yorulur, yaradıcılıq artıq arxa plana keçir. Jurnalist işi gərgin işdir və insanı çox yorur.

 

– Burada məsələlərin hamısı bir-birinə bağlıdır. Əvvəla, əmək haqqı məsələsini götürək. Qonorar və əmək haqlarında ciddi problemlər var. Azərbaycan mətbuatında normal əmək haqqı, qonorar yoxdur. Ikincisi, mətbuatda “sosial lift” işləmir. 1990-cı illərdə bu “lift” işləyirdi. Müxbir olurdun, parlament müxbiri olurdun, sonra şöbə müdiri təyin edilirdin, həm də redaksiyada müdir olmaq üçün rəqabət gedirdi. Daha sonra redaktor müavini, redaktor olmaq imkanı var idi. Bundan sonra da biri deyirdi ki, filan qəzet redaktorunu daha yüksək maaşla işə dəvət edin. O zaman jurnalistlər də istedadlı idilər, yaxşı yazırdılar, redaktor da çox tələbkar idi. Amma indi hər şey standartdır.

Bir stimul olmalıdır. Tutaq ki, 5-10 il bir şöbədə işləyirsiniz və orada müdir yeri boşalır və ora siz təyin olunmalısınız. Amma bir gün gəlib görürsünüz ki, artıq bir cavan oğlan oturub və sizə də deyirlər ki, təzə müdirdir. Əgər “lift” işləmir, üstəlik maaş da artmırsa (jurnalistlərin 60-70 faizi 300-600 manat civarında əmək haqqı alır), biz hansı dahiyanə yazıları, fikirləri görə bilərik? Ona görə də çoxları sadəcə “işə gəlib getməklə” məşğuldur.

Azərbaycanda reklam bazarı yoxdur. Tutalım ki, qəzetə reklam gətirmək imkanım var. Baş redaktor deyir ki, 30-40 faiz sənin, gətir reklamı, pul qazan. Mən əgər 100 minlik reklam gətirib onun 30 minini götürsəm, o redaksiyaya həddindən artıq can yandıraram, qorxmadan-çəkinmədən daha yaxşı yazılar yazaram. Əgər hansısa təşkilatın press-relizi, idarə və nazirliyin gördüyü işlər barədə darıxdırıcı informasiyalarla dolu yazı özəl informasiya, jurnalist araşdırması ilə eyni qiymətləndirilirsə, onda hamı oturub “copy-paste” ilə məşğul olacaq. Ona görə də Azərbaycanda son 15 ildə araşdırma jurnalistikası məhv olub. Halbuki bu sahədə çox gözəl imzalar var idi. Bəs indi vəziyyət nə yerdədir? Bunun üçün gərək pul verəsən, lakin heç kəs pul vermək istəmir. Azərbaycanda qəzet erası bitir. Onsuz da ölkəmizdə qəzet oxuyan az idi. Sovetin məcburi abunə sistemi ilə müəyyən qədər oxucu kütləsi formalaşmışdı.

Bizim hazırkı çap mətbuatı dünya trendləri ilə müqayisə belə oluna bilməz. Bizdə qəzetlər dövlət yardımı ilə çap olunur. Razıyam ki, müəyyən dövr üçün bu lazımdır. Amma sonradan qəzet özü özünü inkişaf etdirməlidir. Onun reklam bazası olmalıdır, o, özünün əməkdaşları üzərində “əsməlidir”, tanınmış imzanın ondan ayrılmasına yol verməməlidir.

 

– Və qəzet axşam saat 6-da deyil, gecə saat 2-də çapa getməlidir.

 

– Mən “Ayna-Зеркало” qəzetində çalışanda, gecə 1-ə kimi gözləyirdik ki, birdən manşet dəyişər. Saat 2-də, 3-də aparıb qəzeti nəşriyyata verirdik. Əvvəlki sistem hazırda bizim qəzetlərdə yoxdur. Həmçinin internet media da çap mətbuatını tamam məhv edib.

 

– Bir məsələ də var ki, mən çap məhsuluna 40-50 qəpik vermirəm, istədiyim informasiyanı internet media üzərindən alıram.

 

– Əslində bu düzgün deyil. Burada bazar məsələsi var. İnternet media havayı oxuna bilməz. Təəccüblüdür, Azərbaycanın bütün məşhur informasiya agentlikləri xəbər lentini açıq qoyublar. Dünyanın heç bir yerində belə deyil. Oxucu istəyir ki, hər şey havayı olsun. Ona görə ki, bizdə media bazarı yoxdur. Media bazarı nədir? Mən məhsul satıram. Məsələn, “Trend” informasiya agentliyinə jurnalist kimi abunə olmalıyam, ondan xəbərləri pulla almalıyam və yalnız ondan sonra o xəbəri verə bilərəm. Amma bu sistem dağılıb. Hamı açıq-aşkar xəbərləri götürüb istifadə edir. Həm də media etikası deyilən bir şey var: Hansısa qəzetdə- informasiya agentliyində yox – eksklüziv yazı çıxıb, sən onu kopyalayıb öz  adından verə bilməzsən. Yazını yazan jurnalistin imzası hökmən göstərilməlidir.

Bu məsələ dünyada çox müzakirə olunur. Buna “internet dənizində imzanın itməsi” deyilir. Yazdığın yazını heç cür sübut edə bilmirsən ki, sənindir. Bu dəqiqə bunun hüquqi aspektləri yoxdur. Amma dünyanın internet media ilə bağlı araşdırma aparan qurumlarının müəyyən təklifləri var. Məsələn, yazı götürülürsə, istinad olmalıdır. Hökmən hiperlink qoyulmalıdır. Və sən yazını “copy-paste” edib qoymamalısan. Özün o barədə yazı yazmalısan və deməlisən ki, bu barədə linkdə ətraflı yazılıb, orada baxa bilərsiniz. Dediyim kimi, üstəlik, imza, jurnalistin adı və fabula qalmalıdır. Bura onlayn etiketi də əlavə etmək lazımdır. Bu netiket adlanır.

İnternetlə bağlı ilk etik kodeks “RFC1855” ((«Request for Comments)  1995-ci ildə Beynəlxalq “İnternet Sosiety” Təşkilatı tərəfindən dərc olunub. Bu kodeks şəbəkə istifadəçiləri arasında bir sıra situasiyaları dəyərləndirmək, şəxsiyyət əleyhinə təhqirlə qarşı , yalan informasiya, plagiat və reklama qarşı mübarzəni özündə ehtiva edirdi.

Bir neçə il əvvəl Web.2.0 konsepsiyanın müəllifi Tim Oreyli və  Vikipediya”sisteminin yaradıcısı Cimmi Uels tərəfindən  “davranış Kodeksi”i təqdim olundu.  Kodeks 7 bənddən ibarətdir. Ən mühüm cəhətlərindən biri “yolverilməz məzmun” anlayışındadır: Bu anlayışa görə, informasiya- əgər insanı təhqir və təhdid edirsə, yalandırsa, müəllif hüququnu pozursa,  məxfilik öhdəliyini dağıdırsa, üçüncü tərəfin şəxsi həyatına müdaxilə edirsə “yolverilməz məzmun” sayılır.

Bunlar öz yerində. Amma “mənim materialımı niyə oğurlayırlar?” sualının hazırda cavabı yoxdur. Hətta 5-10 il əvvəl vəziyyət daha bərbad idi. Heç kəs sübut edə bilmirdi ki, bu yazı birinci harada çıxıb. Qəsdən ad yazmırdılar. Oxucu da deyirdi ki, nə fərqi var kim yazıb. İndi vəziyyət bir az düzəlib, müəyyən qədər istinad edirlər. Amma burada vacib detal nədən ibarətdir. Internet media inkişaf etdikcə, oxucu üçün artıq etibarlı və etimadlı platforma yaranmalıdır. Necə ki, Rusiyada, Türkiyədə, Avropada bu artıq yaranmaqdadır. Məsələn, oxucunun etimad göstərdiyi saytlar var. O, oxuduqlarının doğru olduğunu görür və daima ona istinad edir. Bu kütləvi oxucu seli saytlara maliyyə də gətirməlidir axı… İnternet media artıq Qərbdə çox böyük pulların qaynadığı məkana çevrilib. Bizdə isə çox təəssüf ki, internet media pul qazandırmır. Çox gülməli mənzərədir: sayt var, gözəl kollektiv var, istedadlı uşaqlar var, amma saytın pul gətirmək bazasını qura bilmirlər.

İnternet media hamını yeriyən KİV-ə çevirib. Yəni sənin müəyyən biliyin, müəyyən əlaqələrin varsa, evdə oturub özün də sayt işlədə bilərsən. Bununla məşhur ola və pul qazana da bilərsən. Dünyada “istifadəçi paketi” deyilən sistem getdikcə inkişaf edir. Bu nə deməkdir? Saytın oxucuları eyni zamanda onun pay sahiblərinə çevrilə bilirlər. Siz sayt rəhbərisiniz və tutalım ki, sizin 10 min, 100 min oxucunuz var. Bilirsiniz ki, bu 10 min oxucunun 5 mini, 3 mini sizin daimi oxucunuzdur. Siz o 3 min oxucunu özünüzün şərikinizə çevirirsiniz – təklif edirsiniz ki, saytıma tutalım ki, illik 50 manat, 20 manat məbləğində abunə olun, o zaman siz mənim korporativ tədbirlərimdə olacaqsınız, müəyyən xəbərləri hamıdan daha tez görəcəksiniz, müəyyən reklam materialları sizə göndərərəm və s. Bizdə bu sistem işləmir. Burada da bir çox bürokratik amillər, subyektiv səbəblər və s. mənfi rol oynayır.

Internet media Azərbaycanda artıq var və öz sözünü deyir. Bu elə-belə bir şey deyil. Internet media, informasiya təhlükəsizliyi dövlətin təhlükəsizliyi deməkdir. Onu yüz minlərlə adam, o cümlədən düşmən oxuyur. Sosial şəbəkələr də burada ciddi rol oynayır. 2016-cı il Aprel döyüşləri zamanı ermənilərin sosial şəbəkələrdə müzakirələrini izləyirdim. Bizim hərb sahəsi üzrə ekspertlər “qızışaraq” deyirdilər ki, filan yerdən hücum etməli idik, qoşunlar filan yerdə durmuşdu, filan şeyi belə etməli idik… Ermənilər də oturub Facebookda bunları oxuyur, sosial şəbəkə üzərindən informasiya toplayır. Erməni onlayn KİV-lərinin birində həmin müzakirələri oxuyanda status yazdım ki, belə şeylər yazmayın, bunlar hamısı izlənilir. Deməli, onlayn media – biznes, maarifçi, təhlükəsizliklə bağlı məsuliyyət daşıyan sektordur.

 

– Media yolunuzdan danışaq.

 

– Mən Azərbaycan Pedaqoji Universitetinin tarix və dövlət hüququ fakültəsinin məzunuyam. Tələbə vaxtımdan mətbuata gəlmişəm. Universitetdə oxuyarkən “Sara Express”, “Panorama”, “7 Gün” qəzetlərində məqalələrim çıxıb. “Elita” qəzetində peşəkar fəaliyyətə başlamışam. Daha sonra MPİ İnformasiya Agentliyində, “Mərkəz” qəzetində işləmişəm. “Xalq Cəbhəsi” qəzeti fəaliyyətə təzə başlayanda, onun ilk yaradıcı komandanın tərkibində olmuşam. “Yeni Zaman – Новая Время”,  “Avropa” qəzetlərində işləmişəm. “Ayna-Зеркало” qəzetində 10 il çalışmış, qəzetin Milli Məclis üzrə müxbiri olmuşam. Bundan sonra “Modern.az” onlayn mediada redaktor işləmişəm. Son iş yerim isə “Strateq.az” olub.  Hazırda Azpost.info internet qəzetinə rəhbərlik edirəm.

 

– Mediadan getmək istəyiniz olub?

 

– Bu barədə bir-iki dəfə fikirləşmişəm. Amma həmişə bir dilemma qarşısında qalmışam. Yaşımın elə çağındayam ki, ətrafımda olan bütün adamlar: dostlarım, yaxın yoldaşlarım, tanıdığım adamlar, cameə – hamısı media ilə bağlıdır, sözümün eşidiləcəyi yer  media müstəvisidir. Özümü başqa yerdə görmürəm. Mən bir qədər müstəqil adamam və çalışıram ki, özüm özümə cavabdeh olum. Mətbuatda müəyyən azad mühit var və bu çevrəni özümə doğma bilirəm.

Jurnalistin xoşbəxtliyi onun yazıları ilə ölçülür. Axtarılan imzasansa, sən artıq jurnalistsən. Jurnalist üçün ən böyük şərəf axtarılan imza olmaqdır. Söz mənim üçün vacib məsələdir. Hərdən söz deməkdən qorxuram. Bu çox məsuliyyətli məsələdir. Jurnalist əgər doğru demirsə, yalançı çıxırsa bu çox pis şeydir. Azərbaycanda cəsarətli jurnalistlər var. Sadəcə, bu jurnalistlərin işləməsi üçün platforma olmalıdır. Cəsarətli, sözünü deyən jurnalistləri siz də tanıyırsınız. Jurnalistika cəmiyyətin, hökumətin, dövlətin özündə görmədiyi ağrılı yerlərə diqqət çəkir ki, həmin yerlərə əl gəzdirilsin, düzəlsin.

 

– İmzanın axtarılması. Bəzən o imzaları olan insanlar dünyalarını dəyişirlər. Və yollarını davam edən olmur…

 

– Belə bir problem var. Xələflər və sələflər zənciri gərək qırılmasın. Təəssüf ki, Azərbaycan mediasında elə bir dalğa gəldi ki, dediyimiz o sosial lifti dağıtdı, hamı da dedi ki, jurnalist elə belə olur. Bu gün Facebookda iki status yazan adam deyir ki, jurnalistəm. Elə sayt rəhbərləri var ki, Azərbaycanın siyasi keçmişindən bixəbərdir, on –on beş il əvvəl baş verən mühüm hadisələri bilmir, analitik təfəkkürü çox aşağıdır. Amma bu insanlar böyük pulları idarə edirlər.

Niyə saytlarda bu qədər təkzib var? Təkzib media vasitəsi üçün ağır məsələdir. 1990-cı illərdə qəzetlərdə təkzib vermək olmurdu. Təkzib – həmin qəzetin şərəfinə toxunmaq, qəzet üçün təhqir sayılırdı. Belə şey olar: bu gün yazasan, sabah da təkzib edəsən ki, səhv etmişəm? O zaman təkzib olanda, vuruşurdular, məhkəmələrə düşürdülər, jurnalist yazısının üstündə israrlar dururdu ki, doğru yazmışam. Indi isə, yazı yazırsan, bir saatdan sonra görürsən ki, yazını saytdan götürüblər. Dəfələrlə təkzib vermək olmaz. Əgər belədirsə, demək səndə peşəkarlıq problemi var, işləyə bilmirsən. Ona görə də bunların başında peşəkar, təcrübəli adamlar durmalıdır. Məsələn, redaktor postuna 10 ildən az mediada işləmiş adamı təyin etmək olmaz.

Internet mediada bir problem də var. Klassik media anlayışı necədir – bir nəfəri danışdırmısansa, qarşı tərəfə də söz verməlisən. Amma bir tərəf danışır. Ikinci tərəf isə xəbər tutub başqa bir saytda cavab verir. Axı xəbər bu saytda çıxıb, adam gəlib burada danışmalı, öz mövqeyini bildirməlidir. Demək üçüncü sayt bu adamı tapıb, onu “silah”a çevirir.

 

– Bəlkə o saytlar bir-birinə “ötürmə” veriblər.  

 

– Mən, ümumiyyətlə, reket anlayışının əleyhinəyəm. Reket jurnalisti ola bilməz. Jurnalist ya var, ya da yoxdur. Reket – cinayətkardır. Azərbaycanda mövqeyindən, vəzifəsindən sui-istifadə edib pul qazanmaq məqsədi ilə cinayətə gedən jurnalistlər də var. Bu da ondan irəli gəlir ki, vicdanlı, normal jurnalistika bazardan kənarda saxlanılır. Bir vaxtlar biz Milli Məclisdə Parlament Jurnalistləri Birliyi tərkibində kampaniyaya başlamışdıq. Spiker Oqtay Əsədovun qarşısında məsələ qaldırdıq ki, onların akkreditasiyası ləğv olunsun. Bilirsiniz, Məclisdə nə qədər belə jurnalist var idi? Yadıma gəlir ki, bir dəfə sabiq Maliyyə naziri jurnalistlərə ümumi müsahibə vermişdi, yəni istəyən kəs sual vermişdi. 3 gündən sonra bir reket qəzetində həmin sual-cavab çap olundu və yazdılar ki, Maliyyə nazirinin həmin qəzetə eksklüziv müsahibəsi. Bir səhifə yazı idi. Mənim dörd sualımı da, digərlərinin də suallarını öz yazıları kimi qoymuşdular. Onlar bunu oxucular üçün etmirlər. Bu qəzeti qoltuğuna vurub rayonlara gedir, məmurlara göstərirlər ki, filan nazir bizə müsahibə verib. Sonra da məmura deyir ki, “gətir”. Axşama kimi bir neçə rayona getsə, ona heç jurnalist kimi tanınmaq lazım da deyil. Yadıma gəlir, Milli Məclisdə reket qəzetindən bir nəfər məndən (mən onda “Ayna-Зеркало” qəzetinin parlament müxbiri idim) soruşdu ki, maşından-zaddan nəyin var. Dedim ki, heç nəyim yoxdur. Dedi, – nə danışırsan!.. Mən bununla (qəzetini göstərdi) rayonda bir dükan almışam, maşınım var, aylığım da hər ay gəlir. “Ayna-Зеркало” məndə olsa idi, bilirsən haralarda idim!..

Bəzən danışırlar ki, media maarifçiliklə məşğul olmalıdır. Media təkcə maarifçilik deyil. Media həm də intellektual biznesdir. Sən buradan pul qazanmalısan. Burada işləyirsənsə, yaxşı maaş, pul almalısan.

 

Fuad Babayev, Mehman İbrahimov, 1905.az

Tweet
1905.az

Oxşar yazılar

1. Nəriman Qasımoğlu: “İnsanlarıımızın şüurunu ona yönəltmək lazımdır ki, Quranı oxusunlar.” 2. Samir İsayev: “Qanunsuzluq olub olmadığını dərk etmək insanın gördüyü hadisələrə psixoloji yanaşmasının formalarından biridir.” 3. Tural Gəncəliyev: “Sosial şəbəkədə bizim fəaliyyətimizə etiraz edən şəxslərə tövsiyə edərdim ki, öz enerjilərini dünya erməniliyinə qarşı mübarizəyə sərf etsinlər.” 4. Nazir Əhmədli: “Məqsədim bütün Qərbi Azərbaycandakı türk izlərini pasportlaşdırmaqdır.” 5. Azad Əliyev: “Sayt və sosial şəbəkə paralel şəkildə işləyəndə effekt verir.” 6. Cavid Vəliyev: “Azad Suriya Ordusunun gələcəyi, məncə Türkiyənin mövqeyindən asılıdır.”

Kvartet

AHISKA TÜRKLƏRİMİZ

CƏNUBİ AZƏRBAYCANDA ERMƏNİLƏRİN TÖRƏTDİYİ SOYQIRIMLAR

İnsanlıq əleyhinə cinayətlər

İSTİQLAL SAVAŞINDA AZƏRBAYCAN ƏSGƏRİ

PYES QITLIĞI VARMI?

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

Müsahibə

Xaqani Səfəroğlu

“Mətbuatda “sosial lift” işləmir, normal əmək haqqı yoxdur”

Nəriman Qasımoğlu

“İnsanlarıımızın şüurunu ona yönəltmək lazımdır ki, Quranı oxusunlar.”

Samir İsayev

“Qanunsuzluq olub olmadığını dərk etmək insanın gördüyü hadisələrə psixoloji yanaşmasının formalarından biridir.”

Tural Gəncəliyev

“Sosial şəbəkədə bizim fəaliyyətimizə etiraz edən şəxslərə tövsiyə edərdim ki, öz enerjilərini dünya erməniliyinə qarşı mübarizəyə sərf etsinlər.”

Nazir Əhmədli

“Məqsədim bütün Qərbi Azərbaycandakı türk izlərini pasportlaşdırmaqdır.”

Azad Əliyev

“Sayt və sosial şəbəkə paralel şəkildə işləyəndə effekt verir.”

azərbaycan xalq cümhuriyyəti - 100

300 söz

Fuad Babayev

SSRİ DÖVRÜNÜ XATIRLADAN AD HAQQINDA YAZI

AD ÇƏKMƏYƏNLƏR ORDUSU

Qəzetlərin sonu?!

ÜÇ ÖLKƏYƏ PULSUZ SƏFƏR

115 yaşlı məktəbdə bir necə saat

ƏN UZUN VƏ ƏN HÜNDÜR…

BİR KƏNDDƏ ÇƏKİLMİŞ İKİ FOTO

İş adamı

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Sütun

Dəyanət Musayev

Ermənilərin azərbaycanlılara qarşı soyqırımının tarixi kökləri

Ramiz Sevdimalıyev

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair

Hakkı Keskin

Ermənistan “soyqırımı” iddiaları ilə Azərbaycan ərazilərinin işğalını unutdurmaq istəyir

Gündüz müəllim xatirələrdə

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

 

Bizim sənətçi

RETROSPEKTİVA- Nizaminin, Füzulinin bizim olduqlarını sənəti ilə sübut edən SEYFƏDDİN MƏNSİMOĞLU

– Seyfəddin müəllim, necə oldu ağacoyma sənəti ilə məşğul olmağa qərar verdiniz?

Irs

Qarabağ muğam məktəbi

Xalqımızın köklü mədəni dəyərlərinin ayrılmaz hissəsi olaraq qəbul edilən Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilmişdir.

Söz

Rəsul Rza – Sənin adın

Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) – Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı.

Infoqrafika

Laçın rayonuna erməni təcavüzü nəticəsində dəyən zərər

+++az_lacin_infografika.jpg

Bukinist Mendel

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, siyasi və hüquqi təhlil

Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşovanın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, siyasi və hüquqi təhlil” kitabı işıq üzü görüb.

Wallpaper

Zəngilan

 

wallpaper zangilan

Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

© 2019 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto