1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
  • Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
  • Prezident İlham Əliyev Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib
  • Prezident sarayında keçirilən müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi – 16 iyun 2003-cü il
  • Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikası Milli Məclisin iclasında çıxışı – 15 iyun 1993-cü il
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

XANƏGAH (QUBA RAYONU) MƏSCİDİ

  • XANƏGAHDA MƏSCİD DAĞILIR…
  • Qubada tarixi məscid məhv olmaq təhlükəsi ilə üz-üzə – Fotolar
  • “Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” – Fuad Babayev
  • 4660 saylı və yerli əhəmiyyətli abidə haqqında…
  • Xanəgah məscidi 1 şeir və 14 şəkildə

Xocalının beş Milli Qəhrəmanından biri

11.02.2019

Araz Səlimovu Xocalıda və ona yaxın ərazidə yaxşı tanıyırdılar. Yaşı o qədər də çox deyildi. 32 yaşı təzəcə tamam olmuşdu. Amma bu yaşın çərçivəsinə sığmayan əməlləri vardı.

Xocalının ən çətin günlərində darda qalanlara, çətin vəziyyətə düşənlərə kömək etmişdi. Onları təhlükəsiz yerlərə çatdırmışdı. Belə adamların sayı bir deyildi, beş deyildi. Ona görə də Araz Səlimova müraciət edənlər yaxşı bilirdilər ki, darda qalmayacaqlar. Könüllülərdən ibarət batalyona yazılanda hər şeyi ölçüb-biçmişdi. Bilirdi ki, bu torpaq uğrunda ölmək olar və bu ölümü şərəfli yaşamaq qədər uca tuturdu.

 

O qədər əməliyyatlarda iştirak etmişdi ki… Özü də bu ərazini yaxşı tanıdığına görə onu ən çətin tapşırıqların yerinə yetirilməsinə göndərirdilər və inanırdılar ki, Araz tapşırılan işin öhdəsindən ləyaqətlə gələcək. Bircə şeydən tərəddüd edirdi. Deyirdi ki, sonuncu gülləni öz ürəyimə sıxaram, təki erməni quldurlarına əsir düşməyim. Ermənilərin törətdikləri açıq və gizli cinayətlərdən xəbəri vardı. Ən çətin döyüşlərdə açıq-aşkar hiss etmişdi ki, ermənilərin heç kəsə – nə qocalara, nə uşaqlara, nə də qadınlara güzəşti yox idi. Onların bircə məqsədi vardı: məhv etmək, öldürmək, günahsız adamlara cəza vermək…

1992-ci il fevral ayının 26-da bir daha sübut olundu ki, erməni quldurları ən ağır cinayətlərə əl atmaqdan belə çəkinmirlər. Xocalıda törədilən soyqırımı tarixin ən dəhşətli faciələrindən biridir. Bəzi faktları olduğu kimi sadalayaq: Xocalı soyqırımında 63 uşaq, 100-dən çox qadın, 76 qoca, bir sözlə, 613 Xocalı sakini qətlə yetirilib. Yaşayan bir şəhəri Yer üzündən silmək ermənilərin başlıca məqsədi olub. Bütün bunları vaxtında, vədəsində dünyaya çatdıra bilməsək də, o vaxtdan bəri çox işlər görülüb. Ermənilərin belə vəhşiliklərindən xəbəri olan Araz Səlimov dinc əhaliyə kömək etmək üçün yorulmaq bilmirdi. Sonuncu dəfə Əskərandan geriyə dönəndə düşmən mühasirəsinə düşdü. Onda qardaşı Fəxrəddinlə atası Bahadur kişi də yanında idi. Çətin vəziyyətdə qalmışdılar. Amma Araz son nəfəsinə qədər düşmənə asanlıqla təslim olmadı. Deyirlər ki, düşmənlər onu ələ keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. Ona görə ki, Arazın iştirak etdiyi əməliyyatlarda düşmən xeyli itkiyə yol verirdi. Özü demişkən, biz ölməyə yox, öldürməyə gedirik. Elə bir düşmənlə üz-üzəyik ki, onlara zərrə qədər də güzəşt edə bilmərik.
Arazın çətin məqamlarda əməliyyatları uğurla başa çatdırması tez-tez baş verirdi. Batalyonda hamı ona inanırdı. Bilirdilər ki, Araz düşmənin mövqelərinə yaxşı bələddir. Bir dəfə atası Bahadur kişi çətin əməliyyatdan onu yayındırmaq istəmişdi. Amma Araz inadından dönməmişdi. Demişdi ki, Xocalını da, ona yaxın bütün əraziləri də biz qorumalıyıq. Bu yerləri bizdən yaxşı tanıyan yoxdur. Üç övladı var idi, hər dəfə döyüşə gedəndə onlarla halallaşırdı. Övladlarından bir qədər nigaran olsa da, bu yurdu heç nəyə dəyişmirdi. “Mən Xocalıda doğulmuşam. Son damla qanıma qədər bu doğma ocağımızı qoruyacağam” – deyirdi. Bəlkə də Xocalıda belə bir dəhşətli qətliam hadisəsi olmazdı. Fevralın 26-da hadisələr baş verən gecə Xocalıdan Bakıya kömək üçün zənglər olurdu. Bu gecə zənglərinə paytaxt o qədər laqeyd qalırdı ki, xocalılılar nə edəcəklərini bilmirdilər. Bircə çarələri qalmışdı: dağlara, yollara səpilmək, bir cığırın, izin axırına qədər getmək… Bəlkə də bu yolun son ucunu heç özləri də bilmirdi. Qarlı, şaxtalı, sazaqlı bir gün idi. Nə yaxşı ki, yollara az-çox bələdçilikləri var idi. Yoxsa heç sağ qalan olmazdı. O qədər adamı don vurmuşdu ki… Günahsız adamları sorğu-sualsız güllələyirdilər. Ermənilərin vəhşilikləri heç müharibə qanunlarına da uyğun gəlmirdi. Onları himayə edən sovet ordusunun 366-cı motoatıcı alayı güclü silahlanmışdı. Bütün bunların qarşısında əliyalın adamlar axıra qədər mətanətlə dayanmışdılar. Düşmənə asanlıqla təslim olmaq istəmirdilər. Xocalının həmin dövr icra hakimiyyəti başçısı olmuş Elman Məmmədov deyir ki, adamlar sonuncu tikəni bölürdülər, amma düşmənə təslim olmurdular. Həmin gecə 1275 nəfər əsir götürüldü. 130 uşaq valideynlərindən birini itirdi, 8 ailə məhv edildi. Bu faktları ona görə sadalayırıq ki, Xocalıda bütün qanunlar pozulmuşdu. İnsan haqları deyilən şey zərrə qədər də nəzərə alınmırdı.

 

Həmin günün səhərisi Xocalıdan gələn kiçik nümayəndə heyəti Prezident Administrasiyasında mətbuat konfransı keçirirdi. Azərbaycan televiziyasının çəkiliş qrupu ilə həmin tədbirdə iştirak edirdik. Elman Məmmədov, məhv olmuş şəhərin prokuroru Atakişi Atakişiyev Prezident Administrasiyasının geniş dəhlizində səlahiyyətli adam axtarırdılar ki, dərdlərini desinlər. Amma heç kəs onların fəryadını eşitmək istəmirdi. Həmin günlərdə paytaxtın başı vəzifə bölgüsünə qarışmışdı. Xocalı soyqırımı o qədər də yada düşmürdü. Elman Məmmədov əlacsız qalıb jurnalistlərdən kömək istəyirdi. Amma bilirdi ki, bizi sərt senzor nəzarəti gözləyir. Sonda Elman Məmmədovu və Atakişi Atakişiyevi İttifaqın Azərbaycandakı keçmiş canişini Viktor Polyaniçkonun qəbuluna göndərdilər. İlahi, təzada baxın… Sovet ordusunun 366-cı motoatıcı alayı ermənilərlə birgə ağır cinayət törədir, nəticəni yenə İttifaq canişini müzakirə edir. Hansı ədalətli qərardan söhbət gedə bilərdi? Bax, Xocalı belə təklənmişdi. Yalnız öz qüvvələrinə güvənən bu adamlar çarəsiz qalmışdılar. Hələ mühasirəyə düşəndə Araz Səlimov demişdi ki, atamı da, qardaşımı da itirsəm, Xocalını itirmək istəmirəm. Bura mənim ata-baba yurdumdur. Üç övladımın böyüdüyü məkandır. Biz sona qədər hər şeyi varisliklə qorumalıyıq. Araz kimi oğulların əqidəsi nə qədər möhkəm olsa da, köməkləri az idi. 

 

Xocalı barədə filmlər də çəkilib, kitablar da yazılıb, amma hələ deyəcəyimiz söz çoxdur. Ona görə ki, əsl həqiqətlər sona qədər təhlil olunmayıb. Hələ bu gün də 150 nəfərin itkin taleyi məlum deyil. Dünyanın beynəlxalq qurumları haqq-ədalət səsimizi axıra qədər eşitmək istəmirlər. Amma həqiqəti heç vaxt gizlətmək olmaz. Erməni lobbisi, onları müdafiə edənlər nə qədər güclü olsalar da, haqqın səsini batıra bilməyəcəklər. 
Hər il fevralın 26-da Xocalının soyqırımı günü anılır, beynəlxalq ictimaiyyətə geniş məlumat verilir. Amma bununla da iş bitmir. Gərək belə bir təbliğatda fasilələr olmasın. Xocalını yaşatmaq istəyənlər onu hər gün anmalıdırlar. Vaxt, zaman bunu tələb edir. Bir də ki, Xocalının beş Milli Qəhrəmanının ruhu o günlərə qayıdışı tələb edir. Onlardan biri də Araz Səlimov idi… Üç övlad atası, Xocalının igid oğlu, Azərbaycanın Milli Qəhrəmanı!

 

Bəşir ŞƏRİFLİ,
“Azərbaycan” qəzeti 01 mart 2018-ci il

Tweet
1905.az

Oxşar yazılar

1. AİLƏ VƏ … ZORAKILIQ… 2. Qaradağlı: etnik təmizləmənin tarixi 3. AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verdi 4. 1918-ci ilin avqustu. Bakı kəndləri 5. Xocalı yaddaşı 6. KİRAYƏ YOLU İLƏ EVƏ SAHİBLƏNMƏK?!
Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

Kvartet

AİLƏ VƏ … ZORAKILIQ…

KİRAYƏ YOLU İLƏ EVƏ SAHİBLƏNMƏK?!

QAFQAZ İSLAM ORDUSU

“Dillər, nəsillər…” (Üçüncü söhbət)

ERMƏNİSTANDA NƏLƏR BAŞ VERİR?

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

azərbaycan xalq cümhuriyyəti - 100

Müsahibə

Fərid Xayrullin

“Sonradan bildim ki, bu şəkilləri çəkəndə həyatımı nə dərəcədə böyük riskə məruz qoymuşam.”

Tofiq Nəcəfli

“Qaraqoyunlular və Ağqoyunlular Oğuz boylarıdır.”

Vidadi Umudlu

“Heç bir xanlıq öz hakimiyyətini güzəştə getmək istəmirdi.”

Həcər Verdiyeva

“Tarixdə “Böyük Ərməniyyə” olmayıb.”

Elxan Elatlı

“Yavaş-yavaş olsa da, Azərbaycanın Şerlok Holmsu yaranır”

Nəsiman Yaqublu

“Demokratik idarəçilik baxımından parlament üsul-idarəsi Şərqdə ilk dəfə Azərbaycanda yarandı.”

Sütun

Fuad Babayev

6 İL VƏ 1 AY

DÜZ BİR AY BUNDAN QABAQ…

GÜNDÜZÜN YOXLUĞU

DARIXAN ADAMIN YAZISI

115 yaşlı məktəbdə bir necə saat

BİR KƏNDDƏ ÇƏKİLMİŞ İKİ FOTO

İş adamı

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Ulu öndərin xeyir-duası ilə

Şıxəli Əliyev

Erməni “soyqırımı”nın fotoşəkli 20 Yanvarda çəkilib?

Asəf Quliyev

Kəlbəcər girovları ümidini itirə bilməz!

Solmaz Tohidi

“Erməni soyqırımı”: Faktların həqiqəti

Gündüz müəllim xatirələrdə

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

 

Bizim sənətçi

RETROSPEKTİVA- Nizaminin, Füzulinin bizim olduqlarını sənəti ilə sübut edən SEYFƏDDİN MƏNSİMOĞLU

– Seyfəddin müəllim, necə oldu ağacoyma sənəti ilə məşğul olmağa qərar verdiniz?

Irs

XANƏGAHDA MƏSCİD DAĞILIR…

 

Bir müddət öncə, əməkdar jurnalist Fuad Babayev sosial şəbəkələrdə Quba rayonunun Xanəgah kəndindəki XIX əsrə aid tarixi məscid binasının tamamilə dağılmaq ərəfəsində olduğunu bildirdi və həyəcan təbili çaldı.

 

Söz

Söhrab Tahir – Azərbaycan

Dağlarında axdı sular xumar-xumar,

Gəzdi sözün, şan-şöhrətin diyar-diyar.

Çəmənlərin şəfəq əmdi  hər ilk bahar

Lalələrin yanağından Azərbaycan.

Infoqrafika

Laçın rayonuna erməni təcavüzü nəticəsində dəyən zərər

+++az_lacin_infografika.jpg

Bukinist Mendel

Zərdab ətirli kitab

Bu kitabı birnəfəsə oxumaq olur.

 

Bu kitabı birnəfəsə oxumaq lazımdır.

Wallpaper

Xudavəng monastır kompleksi, Кəlbəсər rayonu

az-wall-Xudavəng monastır kompleksi-Кəlbəсər rayonu-site

© 2019 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto