1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Avropa mediası: “Serj Sərkisyan hakimiyyətdə qalmaq üçün hər şeyə razıdır”
  • Rusiya Baş Qərargah rəisi və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələr baş komandanının Bakıda görüşü keçirilib
  • Prezident İlham Əliyev NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

ZƏNGƏZUR

09.01.2018

“1905.az” saytında bizim Zəngəzurdan, müqəddəs torpaqlarımızın Ermənistana verilməsindən danışdıq. Müzakirələrdə texnika elmləri doktoru, professor Ziyadxan Nəbibəyli, filologiya elmləri doktoru, professor Vilayət Əliyev, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və araşdırmaçı Razim Əliyev iştirak edirdi.

 

Müzakirələri giriş sözü ilə “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev açdı: “Biz “1905.az” portalı olaraq işğal olunmuş ərazilərimiz, soydaşlarımızın deportasiyaları, atəşkəsə rəğmən davam edən müharibə ilə bağlı mövzuları daimi olaraq  diqqət mərkəzində saxlayırıq. Bu günkü mövzumuz Zəngəzurla bağlıdır. Əlbəttə, biz hamımız çox gözəl bilirik ki, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Bunu o ərazilərin toponimikası, coğrafi yerləşməsi  və saysız-hesabsız  başqa məqamlar təsdiqləyir. Zəngəzurun tarixi, əhatə etdiyi ərazi, hansı şərtlər daxilində ermənilərin onu ələ keçirməsi ilə bağlı adi oxucu yetərincə məlumata malik deyil. Ona görə də bugünkü görüşdə həmin məsələləri müzakirə etmək istədik”.

 

“Zəngəzurun qısa tarixi və coğrafiyası” kitabının müəllifi, professor Ziyadxan Nəbibəyli Zəngəzurun inzibati-ərazi vahidi kimi tarixindən və əhatə etdiyi ərazi haqqında danışdı: “Təəssüf ki, uzun illər Zəngəzurun tarixi, coğrafiyası, etnoqrafiyası Azərbaycan mütəxəssisləri tərəfindən öyrənilməyib, unudulub. Xüsusilə də XX əsrin əvvəllərində Zəngəzurun da İrəvan kimi ermənilərə “pay” verilməsi bu ərazini bizim üçün qapalı sahə etmişdi. Zəngəzur qəzası inzibati-ərazi vahidi kimi 25.02.1868-­ci ildə Yelizavetpol (Gəncə) quberniyasının yaranması ilə formalaşıb, ərazisinə indiki Sisyan (Qarakilsə), Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələri daxil idi. Bu doğma torpaqlarımızın xeyli hissəsi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin hiyləsi, Rusiyanın köməkiliyi ilə alınıb, Ermənistana verilib. Zəngəzur tarixin bütün mərhələlərində azərbaycanlılara, Azərbaycan türklərinə məxsus yaşayış yeri olub. Bunu eramızdan əvvəlki mənbələrə və əsatirlərə əsaslanara söyləməyə haqqımız var.  Mənim fikrimcə, Zəngəzurun Azərbaycan torpağı olması ilə bağlı  xaricdə demirəm, amma Azərbaycanın özündə  insanların  ümumi məlumatı var. Amma xarici  ölkələrə,  xüsusilə Avropa, Amerika, Rusiyaya çıxarılmaq üçün lazım olan məlumatlar,  Zəngəzurla bağlı   olan yazılar məni qane etmir. Onların çatışmazlığı təqdimatla bağlıdır. Hər hansısa bir faktı elə deyə bilərsən ki, 5 dəqiqədən sonra yaddan çıxır, bir də  var   onu elə təqdim edərsən ki, insanın beynində iz buraxar, yaddaşlarda qalar”.

 

 

Professor Vilayət Əliyev Zəngəzurun tarixən başıbəlalı ərazi olduğunu qeyd etdi: “Ermənilər daim Zəngəzur ərazisindəki bir sıra tarixi abidələri süni surətdə saxtalaşdıraraq onları xristian kilsəsi, məbədi adlandırmaqla VII-X əsrlərdə bu diyarda guya ancaq ermənilərin yaşadıqlarını sübut etməyə cəhd ediblər. Ən qəribəsi budur ki, məbədlərin ermənilərə məxsus olmadığını bildikdən sonra da bunu etiraf etmək istəmir, əksinə, dövlət qoruğu səviyyəsində qeydiyyatdan keçirirlər. Zəngəzurun bütün toponomikasını erməniləşdirməyə nail olublar. Zəngəzur çox əhəmiyyətli bir bölgədir. Bu bölgəni ələ keçirməklə Ermənistan İranla özünə sərhədi təmin etdi. “Zəngəzurda qalan izimiz” kitabının müəllifiyəm, bu kitabı mənim valideyinlərimin, bütün dünyasını dəyişən Zəngəzur elinin, obasının insanlarının  ruhuna həsr etmişəm. Azərbaycan MEA-nın Tarix İnstitunda xüsusi bir şöbə bu bölgənin tarixini araşdırır. Amma təəssüf ki, indi Zəngəzurdan bizə heç nə qalmayıb. Zəngəzurda qalan izimiz oradakı cığırlarımız, xarabalıqlarımız və bir də qəbiristanlığımızdır.”.

 

 

Razim Əliyev daha çox Zəngəzurun Azərbaycana məxsus hissəsi ilə bağlı danışdı: ”Zəngəzur elə bir zəngin diyardır ki, nə qədər yazsan, yenə də azdır. Amma alimlərimiz işləyir, tədqiqatlar aparırlar, arxeoloqlar vaxtilə işləyiblər,  kifayət qədər əldə materiallar var və  indi də o proses davam edir. Qubadlı, Laçın, Zəngilan  Şərqi  Zəngəzur adlanır,  əvvəl verilib Ermənistana,  sonradan  Nəriman Nərimanov  təkidlə   o rayonları qaytarmağa nail olub. Zəngəzurluların çoxu müharibə zamanı  yaxın rayonlara – Laçına,  Zəngilana, Qubadlıya  köçüblər. Ona görə də hesab edirəm ki, yalnız bütün Zəngəzurun deyil, həm də onun ayrı-ayrı bölgələrinin də tarixini dərindən araşdırmağa böyük ehtiyac var. Qubadlı rayon İcra Hakimiyyəti bir müddət öncə, Azərbaycan MEA Tarix İnsitutu qarşısında məsələ qaldıraraq, Qubadlı haqqında kitab yazmağın vacibliyini qabartdı. Akademik Yaqub Mahmudov başda olmaqla  komissiya yaradıldı və məni də komissiyaya daxil etdilər. Çap edilən kitabı biz bütün diaspora təşkilatlarımıza verdik. Üstəlik kitabın xarici dildə çap olunması da təmin edilib”.

 

 

Fuad Babayev bir sıra mənbələrdə Zəngəzurun ermənilərə verilməsində Nəriman Nərimanovun adının hallandırıldığını və bu məsələnin anatomiyası ilə maraqlandı.

 

 

Tarixçi alim Nazim Mustafa əvvəlcə tarixə ekskurs etdi: “İlk dəfə Zəngəzurun etnik  cəhətdən tərikibinin  dəyişməsinə cəhd ermənilər tərəfindən 1905-1906-cı  illərdə olub. O zaman Zəngəzurda olan  409  kənddən 92-sində ermənilər yaşayıb,  qalanında isə azərbaycanlılar. Onlar da sonradan Türkmənçay müqaviləsi ilə  köçürülüb gətirilən ermənilər  idi. Çünkü Zəngəzurun  yerli erməni əhalisi olmayıb.  Zəngəzurdakı yerli erməni deyilən əhali alban tayfalarının qalıqları idi.  Çarın fərmanı ilə 1836-cı ildə  alban kilsəsinin ləğvi və  Eçmiədzin   kilsəsinə  tabe edilməsindən sonra,   orada qriqoryanlaşdırma prosesi getdi,  əhalinin bir qismi müsalmanlaşdı, bir qismi də erməniləşdi. Martirosyan  adlı erməni müəllifinin “1905-1906-cı illərdə   Qafqazda  türk-erməni toqquşmaları kitabı” var, kitabın Zəngəzurla bağlı  hissəsində 409 kənddən yalnız 92-də ermənilərin yaşadığı qeyd olunur. Ermənilər Zəngəzurun ələ keçirilməsinə böyük əhəmiyyət verirdilər. 1918-ci ilin fevralında rus ordusu Türkiyədən geri çəkildikdən sonra Andronikin başçılığı ilə qaniçən erməni silahlı dəstələri   Şərqi Anadoluda qırğınlar törətməyə başladı. Qırğlnların qarşısını almağa gələn Kazım Qarabəkir Paşanın rəhbərlik etdiyi ordu Androniki Türkiyə ərazisindən çıxmağa məcbur etdi.  Tezliklə  Andronik öz başkəsənləri ilə Zəngəzurda peyda oldu. Zəngəzurun bir hissəsini tutmuşdu  və dəfələrlə Azərbaycan hökuməti ermənilərə qoşunlarını çəkməyi tələb etmişdi. Ermənistan hökuməti axırda belə bir bəyanat verdi ki, Andronikin qoşunları Ermənistan ordusuna tabe deyil, özbaşına fəaliyyət göstərir və onun Ermənistan dövlətinə aidiyyatı yoxdur. Buna görə də tədbir görə bilmirlər.  Halbuki onu  silahlandıran və istiqamətləndirən Ermənistan hökuməti idi. Nəhayət, Azərbaycanın Paris sülh konfransındakı nümayəndə heyəti məsələni belə qoydu ki, Azərbaycan və Ermənistanın sərhədləri  müəyyən edilənə qədər  Andronikin qoşunları Zəngəzurdan çıxsın. O zaman Böyük Britaniya  hökuməti  Qafqazın mandat sahibi idi  və general Tomsona təzyiq göstərildi ki, Andronik Zəngəzurdan çıxarılsın. 1919-cu ilin yayında  Andronik Zəngəzuru tərk etdi.  Andronikdən sonra Dro və Nijde Zəngəzuru ələ keçirdi.   Azərbaycan hökuməti Zəngəzuru azad etmək üçün əməliyyat keçirməliydi.   Azərbaycan ordusu Cavad Şıxlınski ilə  Davud bəy Yadigarovun komandanlığı altında Zəngəzura iki tərəfdən hücum edib, azad etməli idi. Lakin Davud bəy Yadigarovun dəstəsindəki anası gürcü olan bir zabiti ermənilər pulla ələ aldılar və xəyanət sayəsində bu hücum baş tutmadı.

 

 

Zəngəzurun Ermənistana verilməsi məsələsinə gəldikdə isə 1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti quruldu.  Bakıda Bakı şəhər Partiya Komitəsi ilə İnqilab Komitəsinin birgə iclası keçirildi. Orada Nəriman Nərimanovun çıxışı var. N.Nərimanov çıxışında deyir: “Bizimlə Ermənistan arasında sərhəd məsələsi, mübahisə, münaqişə edilən bir məsələ qalmayıb və Dağlıq  Qarabağa öz müqəddaratını  müəyyən etmək hüququ verilsin. Dağlıq Qarabağ erməniləri Azərbaycanın və ya Ermənistanın tərkibinə qatılacaqlarını özləri müəyyən etsinlər”. Amma bir gün sonra Bakıda çıxan  “Kommunist”  və  “Bakınskiy raboçiy” qəzetlərində  ermənilər  yazdılar ki, Nəriman Nərimanov bəyanat verib ki, Naxçıvan və Zəngəzuru Ermənistan torpağı, onun ayrılmaz tərkib hissəsəsi hesab edir. Ayın 7-də isə İrəvanda çıxan qəzetlərdə bu məlumat dərc olunur.  Bu sözdür, yəni sənəd deyil əslində. N.Nərimanov bu sözü demiş olsaydı  belə,  bunun sənədlə imzalanması  gərəkirdi, lakin tərəflərin  qarşılıqlı iştirakı ilə imzalanan  sənəd  yoxdur. N.Nərimanov da deyirdi ki, ermənilər onun sözlərini  təhrif ediblər. Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi  məsələsi N.Nərimanovun çıxışında yoxdur. Ermənilər bu qəzet təhrifindən istifadə edərək Zəngəzuru, Naxçıvanı erməni torpağı hesab edirlər. Ermənistanda ilk sovet hakimiyyəti qurulan dövrdə də Zəngəzur Ermənistan torpağı deyildi. Yəni Ermənistanda yaradılan qəzaların içərisində Zəngəzur yoxdur. Yalnız sonradan Zəngəzur məsələsi həll ediləndə Ermənistan hökuməti  təklif etdi ki, Zəngəzur bir qəza kimi Ermənistana  daxil edilsin. Zəngəzurun 6.742  km2  ərazindən  3.105 km² Azərbaycan SSR tərkibində qalmış, ondan bir qədər çoxu  Ermənistana verilmişdi. Rusların çirkin bir xəyanət oyunu var burada. Ruslar Zəngəzur parçalanandan sonra onun statusu məsələsinə baxdılar. Zəngəzur o  zaman Yelizavetpol quberniyasının ən böyük qəzası idi, onun 4  nahiyəsini  Ermənistana verdilər, 3-ü Azərbaycanda qaldı.  Sonrakı proseslərdə  artıq azərbaycanlılar oradan deportasiya edildi  və ermənilər Zəngəzurun tamamilə işğalına nail oldular.

 

 

Hazırladı: Gündüz Nəsibov, 1905.az

 

Tweet
1905.az

Oxşar yazılar

1. Ankarada üçlü sammit: nəticələr və proqnozlar 2. Qərb-Rusiya qarşıdurması: Yeni raund. Politoloqlar nə deyir? 3. Qeyri-əxlaqi mübarizə üsulları qəbuledilməzdir 4. Rusiya növbəti dəfə Putini seçəcəkmi?… Rəylər və proqnozlar 5. ÇEÇENİSTAN MÜNAQİŞƏSİNİN HƏLLİ MODELİ 6. Dağıstanda nə baş verir?

azərbaycan xalq cümhuriyyəti - 100

Kvartet

DIASPOR MEDIADA

“Çek-ap”

SOYQIRIM: 1918-2018

Səfəvi və Osmanlı

SERİALLARIMIZ

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

Müsahibə

Cəbi Bəhramov

“Dağlıq Qarabağ məsələsi yalnız 1988-ci ildə qalxmamışdı”

Nigar Gözəlova

“Sübut və dəlillərlə danışanda ermənilərin çığır-bağır salmaqdan özgə yolları qalmır”

Jalə Mütəllimova

“Məişət səviyyəsinə endirdiyimiz publika ilə biz heç yerə gedə bilməyəcəyik.”

Musa Qasımlı

“1918-ci ildə Bakıda azərbaycanlı əhalinin dörddə bir hissəsi öldürülüb”

Firdovsiyyə Əhmədova

“Topçubaşov Bakı küçələrində gəzərək, qırğınların qarşısını almağa səy göstərirdi”.

Solmaz Rüstəmova Tohidi

“Azərbaycan Demokratik Respublikasının sovet işğalı ilə əlaqədar 1918-ci il qırğınları ilə bağlı siyasi qərar verməyə vaxtı çatmayıb”

Sütun

Fuad Babayev

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Ulu öndərin xeyir-duası ilə

WORLD OF TANKS

52 İLLİK 2 PROSESİN SONU 

Anar İsgəndərov

1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı

Kərim Şükürov

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

Şıxəli Əliyev

Erməni “soyqırımı”nın fotoşəkli 20 Yanvarda çəkilib?

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

Bizim sənətçi

RETROSPEKTİVA – Mübariz İbrahimovun obrazını mozaikada işləmək istəyən ƏMİRXAN MƏMMƏDVƏLİYEV

 – Əmirxan müəllim, neçə illərdir mozaika işi ilə məşğulsunuz…

–  Bu işlə 1976-cı ildən məşğulam. İlk işim də indiki “Azərbaycan” nəşriyyatının qarşısındakı tablo və böyründəki rəngli şüşədən vitraj olub.

Irs

Xocalıda məhv edilən həm də tarixi və mədəni abidələrimizdir

 

Bu ulu yurdda minilliklərin şahidləri, əsrlərin yadigarları da vandalizmin qurbanlarına çevrildi

 

Xocalı sözü nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta “dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, ağı-bayatısına çevrilib. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir.

Söz

Məmməd Araz – Ayağa dur, Azərbaycan!

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!

Infoqrafika

Xocalı 1992

az_infoqrafika-Xocali

Bukinist Mendel

Ceylan Mumoğlu: “Oxumaq həm də ölkələrin iqtisadiyyatına mühüm təsir göstərir.”

“Bukinist Mendel”in suallarını Ceylan xanım Mumoğlu cavablandırdı.

Wallpaper

Kəlbəcər rayonu, Tağlıdaş körpüsü

+++az_oboy_Kəlbəcər rayonu_Tağlıdaş körpüsü

Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

© 2018 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto