Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.
Nazir vurğuladı ki, İraqın Baş naziri Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını çatdırıb və bildirib ki, İraq da öz növbəsində Azərbaycana dəstəyini ifadə edir.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla İraq arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğu qeyd edildi, enerji sektorunda Azərbaycanın İraq üçün mühüm tərəfdaş olduğu bildirildi. Qeyd edildi ki, ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir. Bildirildi ki, İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.
Söhbət zamanı dövlətimizin başçısı tərəfindən COVID-19-la mübarizədə İraqa göstərilən dəstək də yüksək qiymətləndirildi.
Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olundu.
Söhbət zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










