Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun bir çox mühüm məsələlərin müzakirəsi üçün qlobal platforma olduğu bildirildi, pandemiyaya baxmayaraq, tədbirdə iştirak etmək üçün Bakıya çox sayda qonağın gəlməsinin bu Foruma və ölkəmizə olan marağın göstəricisi olduğu vurğulandı.
Görüşdə Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin ölkəmizin müvafiq qurumları ilə səmərəli əməkdaşlığından məmnunluq ifadə olundu.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










