“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə təhsili müəssisələrinin layihələndirmə mərhələsi davam edir. Füzulidəki peşə təhsili müəssisəsinin isə tikintisi davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 29-da keçirilən brifinqdə deyib.
Direktor bildirib ki, 2023-2024-cü tədris ilində peşə təhsili müəssisələrində təhsil alan keçmiş məcburi köçkünlərin sayı 1200 nəfər olub.