1826-cı ildə Rusiya ilə İran arasında yeni müharibə başlandı. Müharibə zamanı Azərbaycan dövlətləri olan Naxçıvan (1827-ci il, iyun) və İrəvan (1827-ci il, oktyabr) xanlıqlarının ərazisi işğal olundu. Müharibədən sonra İrəvan xanlığı ərazisində 420-dən çox kənd (o cümlədən Qırxbulaq mahalında 32, Zəngibasarda 8, Gərnibasarda 48, Dərəkənddə 8, Vedibasarda 33, Saatlıda 5, Talində 35, Sərdərabadda 9, Karpidə 12, Abaranda 60, Dərəçiçəkdə 33, Göyçədə 90, Dərələyəzdə 46 kənd) dağıdılmış, on minlərlə azərbaycanlı əhali məhv edilmişdi. Davamını oxu
All posts by Rəşad Süleymanov
Paskeviç: “Köçkünlərin əksəriyyəti, xüsusilə də kasıblar Qarabağa meyl edirlər…”
Ermənilərin İrandan köçürülməsinin əsas məqsədlərindən biri Rusiyanın Azərbaycan əyalətlərini “xristianlaşdırmaq”, daha doğrusu, “erməniləşdirmək”dən ibarət idi.
Ermənistan – mifoloji təsəvvürlərə əsaslanan dövlət
1993-1995-ci illərdə Ermənistan Milli Təhlükəsizlik naziri olmuş David Şahnazaryanın fikrincə, «bugünkü Ermənistanın siyasəti tarix haqqında romantik, mifoloji təsəvvürlərə əsaslanır… Hazırkı hakimiyyət erməni dövlətinin gələcəyini olmayan yerdə tariximizdə axtarır». Davamını oxu
I ALEKSANDRIN DÖVRÜNDƏ ERMƏNİ KİLSƏSİNİN FƏALİYYƏTİ
1808-ci ildə çar I Aleksandr (1801-1825) ruslara kömək məqsədi ilə apardığı cəsusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqqədəs Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni kilsəsi daim onlara kömək edir və ardıcıl olaraq rusların onlan «müsəlman zülmündən» xilas etməyə səsləyirdi. Davamını oxu
“Böyük Ermənistan” , yoxsa iri dövlətlərin erməniləri marionetə çevirmək cəhdi?
“Böyük Ermənistan” yaradılması ideyasının sayıqlama olduğunu ermənilər “erməni məsələsi”nin meydana çıxmasından sonrakı bütün dövrlərdə əla anlayırdılar. Hətta 1914-1918-ci illər Birinci Dünya müharibəsi başlamazdan öncə, gələcək hərbi əməliyyatlar teatrının ərazisinə – Türkiyəyə və Zaqafqaziyaya yayılmış ermənilərin cəlb edilməsi ilə bağlı Antantanın “Daşnaksütyun”a təklifindən də bu aydın görünür. Onlar ermənilərə “Böyük Ermənistan” yaratmağı təklif etməklə erməniləri öz məqsədləri uğrunda marionetə çevirmək istəyirdilər. Davamını oxu
Tarixi həqiqətlər və erməni uydurmaları
Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər.
Davamını oxu