
Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib.
Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “UZAZ-2023” təlimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən keçirilib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









