Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1896 yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 502 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 min 403 nəfər müalicə olunaraq sağalıb, 6 min 765 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 39 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 261, bu günə qədər isə ümumilikdə 5 milyon 25 min 402 test icra olunub.