Rusiya və Azərbaycan arasında əməkdaşlıq əlaqələri getdikcə genişlənir. Bütün sahələrdə əlaqələr inkişaf edir. Bizim dostluğumuz nümunədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Azərbaycanın Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.
Xəzərin statusu ilə bağlı danışan rusiyalı nazir bildirib ki, tezliklə Aşqabadda bu məsələ təsdiqini tapacaq.
“İşğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməyə hazırıq”, – deyə Sergey Lavrov vurğulayıb.
BMT və ATƏT-in Minsk qrupu ilə bağlı müzakirələr aparıldığı qeyd edən rusiyalı nazir əlavə edib ki, humanitar sahədə layihələr davam edir. Rusiya teatrından Azərbaycana nümayəndələr gələcək və “Kitabxanaçının dili” mövzusunda mübadilə olacaq.
Əsas müzakirə mövzusu beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı idi və bununla bağlı sənəd imzaladıq.