
Noyabrın 12-si Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının 8-ci iclası (AQEM-in Gənclər Şurası) keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda Azərbaycanın Dövlət Himni səsləndirilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AQEM-in Baş katibi Kayrat Sarıbay çıxış ediblər.
Daha sonra Gənclər və İdman Nazirliyinin və AQEM Katibliyinin birgə təşkilatçılığı ilə gənclər arasında keçirilən süni intellekt üzrə sənət və esse müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Proqram çərçivəsində iclasın gündəliyi təsdiq olunub, sonra açılış mərasimi keçirilib.Tədbirdə 19 ölkədən olan 110 iştirakçı yer alıb.
Gənclər və idman nazirinin müavini İndira Hacıyevanın sədrliyi ilə keçirilən iclasda nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər. Bildirilib ki, AQEM-in Gənclər Şurasının birinci konfransı 2015-ci il avqustun 10-13-də Çinin paytaxtı Pekin şəhərində keçirilib. “Gənclər mübadiləsi və insanlararası əlaqələrin təbliği, gözəl Asiya cəmiyyətinin qurulması” mövzusunda tədbir rəsmi olaraq şuranın əsas hədəflərini və vəzifələrini müəyyənləşdirərək AQEM-in Gənclər Şurasının işləmə mexanizmini yaradıb.
Daha sonra Gənclər Şurasının 8-ci iclasının yekun sənədi qəbul olunub.
Tədbir “Dayanıqlı İnkişaf Məqsədləri fəaliyyətdə” mövzusunda təlim sessiyaları ilə davam edib.
Növbəti günlərdə AQEM ölkələrinin könüllü hərəkat liderlərinin forumu olacaq və “Gənclərin beyin fırtınası” yarışması çərçivəsində iştirakçılar panel müzakirələrdə və interaktiv sessiyalarda təcrübə mübadiləsi aparacaqlar. Proqramın yekun mərhələsində iştirakçılar Şuşa şəhərinə səfər edərək, Qarabağın mədəni irsi ilə tanış olacaqlar.
Qeyd edək ki, AQEM platforması dünyada gərginlik yaradan amillərin, o cümlədən münaqişələrin, radikal yanaşmaların, terrorizmin aradan qaldırılması yollarını müəyyənləşdirir. AQEM-in iştirakçısı olan dövlətlər iqtisadi əməkdaşlıqla yanaşı, siyasi təhlükəsizliyin də əsasını yaradıb. İqtisadi maraqlar iştirakçı dövlətlər arasında bir-birinə siyasi dəstək vermək zərurətini yaradıb.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









