HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər

azerbaycanli-esirler

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə ötən həftə baş tutub.

Azərbaycan prezidenti: “İnsanlarımızı doğma torpaqlarına qaytaracağıq”

5

“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanılıb. Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib

14855122615485441834_1000x669

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

Tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Fransa Konstitusiya Məhkəməsi “erməni soyqırımı”nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv edib

thumbs-b-c-7e2585e74fe9514d97ba907f4459b474

Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən “Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb.

Tarix İnstitutunda 3 cildlik “Azərbaycan tarixi” nəşrə hazırlanır

Tarix institutu

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi Şuranın iclasında Tarix İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat işlərinin planı təsdiq olunub. Plana əsasən, institutda 3 cildlik “Azərbaycan tarixi”, Zəngəzur tarixi, Şəki tarixi çap olunacaq.