Cari il ərzində GUAM beynəlxalq əməkdaşlıq əlaqələrini gücləndirmək üçün ikitərəfli danışıqlar formatını intensivləşdirəcək.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasından AZƏRTAC-a bildiriblər ki, hazırda GUAM-ın 11 ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq formatı mövcuddur. Bu il GUAM+Kanada, GUAM+ABŞ, GUAM+Yaponiya, GUAM+Çexiya, GUAM+Polşa, GUAM+BMT, GUAM+Avropa İttifaqı, GUAM+Avropa Şurası, GUAM+ATƏT, GUAM+Baltik Assambleyası, GUAM+Vişeqrad əməkdaşlığının yeni mərhələyə çıxarılması, münasibətlərin səmərəliliyini artırmaq üçün görüşlər və müzakirələr aparılacaq.
Eyni zamanda, GUAM+ formatında yeni ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlıq sazişlərinin imzalanması istiqamətində siyasi direktorlar və ekspertlər arasında görüşün keçirilməsi nəzərdə tutulur. Hazırda GUAM+İsrail və GUAM+TÜRKSOY formatında əməkdaşlıq sazişlərinin imzalanması istiqamətində danışıqlar aparılır.
Qeyd edək ki, bu il GUAM-a sədrliyi Gürcüstan edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









