
Dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” konfransında iştirakdan məmnunluğunu bildirən Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum süni intellekt üzrə tədbirlərin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, təhsil və sosial sahədə icra edilən proqram və layihələrin önəmindən danışıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hər iki qurum arasında əməkdaşlıq perspektivlərinin vacibliyini diqqətə çatdırıb.
Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum Heydər Əliyev Fondunun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək layihələri üzrə “Həmdan-ICESCO” mükafatına layiq görülməsi münasibətilə bir daha təbriklərini çatdırıb.
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyini qeyd edib, Fondun “Həmdan-ICESCO” mükafatı ilə təltif olunmasına görə minnətdarlığını ifadə edib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









