
Tbilisinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş yeri olmasından qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili özünün tviter hesabında paylaşıb.
“Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”, – deyə XİN başçısı qeyd edib.