
Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib. Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir səsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.
Hadisə yerinə Ukraynanın müvafiq qurumları da gələrək, dəyən ziyanı araşdırırlar.
Onu da qeyd edək ki, bu, artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin budəfəki ziyan miqyasına görə daha böyük və ciddi olub.
Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur.
Kiyev Şəhər Hərbi Administrasiyasının açıqlamasına görə, paytaxt Kiyevə edilən ballistik və dron hücumu nəticəsində azı 4 mülki şəxs ölüb, 30-a yaxın insan isə xəsarət alıb. Xəsarət alanlar arasında uşaq da var.
Hava hücumu nəticəsində 20-yə yaxın ballistik və qanadlı raketlərdən istifadə edilib və 400-dən artıq zərbə dronu atılıb.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









