
İşğaldan azad olunan Laçında Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar keçirilən hərbi yürüş başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri də iştirak ediblər.
Yürüş polis əməkdaşlarının müşayiəti ilə şəhərin küçələri boyunca davam edib.
10:12
İşğaldan azad olunan Laçında Zəfər Gününün beşinci ildönümünə həsr olunan hərbi yürüş keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhər mərkəzində yerləşən Bayraq meydanından başlayan yürüşdə hərbi qulluqçuların nizam-intizamı, mərd duruşu və qələbə ruhu şəhərin küçələrində hər addımda hiss olunur. Sakinlər yolboyu toplaşaraq qəhrəman əsgərləri alqışlarla qarşılayır, onlara olan ehtiram və qürur hissini ifadə edirlər.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









