Azərbaycan Respublikası Milli Məclisinin martın 17-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə bir məsələ – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın dinlənilməsi daxil edilib.