
Türkiyədə tanınmış jurnalist və media meneceri Mixail Qusmana beynəlxalq media mükafatı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimi noyabrın 8-də Türkiyənin Alanya şəhərində keçirilib. Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocaman media mükafatını Mixail Qusmana təqdim edib.
Tədbirdə Mixail Qusmanın uzun illər beynəlxalq media məkanında səmərəli fəaliyyətindən bəhs olunub. Həmçinin qeyd edilib ki, jurnalist Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinə və siyasi fəaliyyətinə həsr olunmuş sənədli filmin müəllifidir.
Türkiyə Jurnalistlər Birliyi onun fəaliyyətini beynəlxalq informasiya əlaqələrinin möhkəmləndirilməsinə və peşəkar jurnalistika prinsiplərinin təşviqinə əhəmiyyətli töhfə kimi qiymətləndirib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









