
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb. Uşaqlar ölkələrinə yola salınıblar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində onlar Bakı, Qəbələ və Şəkidə təşkil olunan düşərgələrdə peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalara cəlb olunublar. Bununla yanaşı, uşaqlar müxtəlif fəaliyyətlərdə, qrup terapiyaları, meditasiya, yoqa məşğələləri və master-klaslarda iştirak ediblər.
Proqram müddətində uşaqların paytaxt və bölgələrdəki görməli və tarixi yerlərə (İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, Dənizkənarı bulvar, Atəşgah məbədi, Azərbaycan Milli Xalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi, Bakıdakı Ukrayna Mərkəzi və s.) ekskursiyaları təşkil edilib.
Reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşdirilməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının dəstəklənməsi məqsədi daşıyıb.
Qeyd edək ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









