
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə bütün qurumlar tərəfindən icra edilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, iyulun 1-dən 31-dək Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 190 mina, tank əleyhinə 238 mina və 525 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ay ərzində 4 min 226,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.