Rusiyanın Ukraynaya təcavüzünün başladığı vaxtdan bəri Polşa ərazisinə 14 milyondan çox ukraynalı daxil olub.
AZƏRTAC xəbər verir ki, Polşa Sərhəd Xidmətinin sosial media hesabında yerləşdirilən məlumata görə, təkcə avqustun 1-də Polşa-Ukrayna sərhədini 30 min 800 Ukrayna vətəndaşı keçib. Bununla da müharibənin başladığı vaxtdan indiyədək Polşaya daxil olan ukraynalıların sayı 14 milyon 182 minə çatıb.
Eyni zamanda, Polşanı 12 milyon 399 min Ukrayna vətəndaşı tərk edib. Hazırda ölkədə 2 milyona yaxın ukraynalı qaçqının yerləşdiyi bildirilir.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









