
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda dini və mədəni köklər ilə bir-birinə bağlı olan xalqlarımız arasındakı dostluq münasibətlərinə Azərbaycanın xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılır.
“Ötən otuz il ərzində dövlətlərarası əlaqələrimizin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Eyni zamanda beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızı, ölkələrimizin qarşılıqlı dəstəyini yüksək qiymətləndirirəm”, – deyə Azərbaycan Prezidenti qeyd edir.
Məktubda deyilir: “Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, qardaş xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik”.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









