Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edilib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynamışdır”.