Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi münasibətilə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xidmətin bir qrup hərbi qulluqçusu təltif edilib.
Prezidentin Sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Həmçinin iki nəfər 2-ci dərəcəli, iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 9 nəfər “Vətən uğrunda”, 9 nəfər “İgidliyə görə”, 25 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










