Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Günü münasibətilə RF Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda dost Rusiyanın bu gün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələlərini uğurla həll etdiyi, onun beynəlxalq arenada fəal rol oynadığı qeyd olunur.
Təbrik məktubunda deyilir: “Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə səmərəli əməkdaşlığını və sıx qarşılıqlı fəaliyyətini əyani şəkildə əks etdirən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur”.
Prezident İlham Əliyev əminliklə vurğulayır ki, birgə səylər bundan sonra da ənənəvi sıx dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın və ölkələrimizin mənafeyi naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










