Cənubi Osetiya-Gürcüstan münasibətləri Blievin birtərəfli baxışında
Mark Blievin “Cənubi Osetiya: Rusiya-Gürcüstan münasibətlərinin toqquşmasında” (Южная Осетия: в коллизиях российско-грузинских отношений) kitabı 2013-cü ildə Moskvada 1000 nüsxə tirajla çap olunmuşdur. Rusiya Federasiyasının Şərəf ordeni ilə təltif edilmiş, tarix elmləri doktoru Bliev, Şimali Osetiya Dövlət Universitetinin kafedra müdiridir.