
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 467 nəfər müalicə olunaraq sağalıb, 9 min 705 nəfər vəfat edib. Aktiv xəstə sayı 163 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 613, bu günə qədər isə ümumilikdə 6 milyon 762 min 824 test icra olunub.