Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 581 nəfər müalicə olunaraq sağalıb, 10 min 280 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 651, bu günə qədər isə ümumilikdə 7 milyon 631 min 556 test icra olunub.