
Oktyabrın 23-24-də Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasın keçirilməsində məqsəd TDT ölkələri arasında sənaye, elmi tədqiqat, innovasiya, texnologiya, investisiya, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsidir.
Toplantı çərçivəsində oktyabrın 23-də TDT ölkələrinin aidiyyəti qurumlarının nümayəndə heyətlərinin iştirakı ilə işçi qrupun iclası keçiriləcək. İclasda Fəaliyyət Planında nəzərdə tutulan təşəbbüslər və onların icrası üzrə gələcək addımlarla bağlı fikir mübadiləsi aparılacaq.
Oktyabrın 24-də TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində sənaye və texnologiyalar sahəsində strateji tərəfdaşlıq istiqamətləri, elm, innovasiya, investisiya, kiçik və orta sahibkarlıq və digər istiqamətlərdə əməkdaşlıq mexanizmləri müzakirə olunacaq.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









