Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfəri çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlə bağlı iradlarını bildirdi.
Mədəniyyət Nazirliyinin əməkdaşı Azadə Hüseynova dedi: Bunlar işğal edilmiş ərazilərdə aşıq sənətinin geniş yayılmış sahələridir.
Prezident İlham Əliyev: Bunlar Ermənistan ərazisində yerləşir. Bu ərazilər tarixi, qədim Azərbaycan torpağıdır. Ona görə siz burada düzəliş edin. Onları Azərbaycan dilində olduğu kimi yazın. Məsələn, “Dilizhan” yox, “Dilican”. “Dilican” yazılmalıdır. Sevan Göyçə gölüdür, yazmısınız “Goycha Iake”, amma burada da yazılıb “Sevan”. Razdan çayının da əsil adı Zəngidir. Siz tamamilə bu sözlərdən, toponimlərdən istifadə edin. Çünki bunlar hamısı bizim qədim torpağımızdır. “Ekhegnadzor” sonrakı addır, bunun da qədim Azərbaycan adı vardır. Ona görə onları düzəltmək lazımdır.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









