
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinin “C-130” hərbi yük təyyarəsinin qara qutusu tapılıb.
AZƏRTAC “Haber Global” kanalına istinadla xəbər verir ki, qəza zamanı həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb. Sonuncu heyət üzvünün nəşinin tapılması üçün işlər davam etdirilir.
Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus “C130” hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









