2.4.2. Monitorinq Komitəsinin məruzəsi ilə bağlı qarşıdurmalar uzağagedən mətləbdən xəbər verirdi…

Qeyd etməliyəm ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı ətrafında növbəti qarşıdurmalar 2015-ci ilin may ayının son ongünlüyündə və iyun sessiyasında Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzə layihəsinin 1-ci bəndi ətrafında baş verdi. Belə ki, məruzənin 1-ci bəndində vurğulanırdı ki, “Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu
barədə tam məlumatlıdır”.

Lakin erməni lobbisi və anti-Azərbaycan qüvvələr Ermənistanın işğalçı kimi tanınmasını qəbul edə bilmirdilər. Odur ki, həmin məruzənin Avropa Şurasının saytında yerləşdirildiyi 21 may 2015-ci il tarixindən etibarən erməni lobbisi və anti-Azərbaycan qüvvələr Azərbaycana qarşı müxtəlif istiqamətlərdən hücumlar təşkil etməyə başladılar.

Onu da qeyd edim ki, Monitorinq Komitəsinin 28 may 2015-ci il tarixli iclasında məruzənin qətnamə layihəsinin 1-ci bəndində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” ifadəsinin saxlanılmasına nail olduqdan dərhal sonra aparıcı güc mərkəzləri özlərinin anti-Azərbaycan kampaniyasını daha da aktivləşdirdilər. Onlar müxtəlif beynəlxalq hökumətlərarası təşkilatlarda və qeyri-hökumət təşkilatlarındakı satellitlərinə sinxron şəkildə müxtəlif istiqamətlərdə Azərbaycana qarşı kampaniyaları gücləndirmək barədə göstəriş verdilər. Güc mərkəzlərindən gələn göstərişlə çoxsaylı QHT-lər, o cümlədən Şərqi və Qərbi Avropa, Qafqaz və Balkanlarda yerləşən 13 ölkədə 18 insan hüquqları evində 90 insan hüquqları təşkilatını özündə birləşdirən İnsan Hüquqları Evi Şəbəkəsi Azərbaycana qarşı sistemli hücuma keçməyə başladılar. Həmin təşkilatlar açıq-aydın demokratik institutların fəaliyyəti ilə bağlı məruzədə işğalla bağlı maddənin olmasının əleyhinə çıxış edirdilər. Onlar çıxışlarında hüququn aliliyinə zidd olaraq məhkəmənin və suveren ölkənin işinə qarışır, insan hüquqları ilə bağlı bir-birini təkrar edən maddələrin əlavə olunmasını təklif edirdilər. Bu isə onların Azərbaycana təzyiq etmək üçün təşkil olunduqlarını bəlli edirdi. Bu qərəzlilik qətnaməyə eyni mahiyyətli və təkrarlanan qərəzli düzəliş və təkliflərin irəli sürülməsində açıq-aydm görünürdü.

Gözlənildiyi kimi, Assambleyanın 23 iyun 2015-ci il tarixli iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsi ehtiva edilən 1-ci bəndin ətrafında müzakirələr yenidən çox gərgin keçdi. Bu problemlə bağlı “mövqelər müharibəsi” kimi qiymətləndirilə biləcək müzakirələr AŞPA- da təmsil olunan anti-Azərbaycan qüvvələrin və siyasi qurum kimi AŞPA-nın iç üzünü açmış oldu. Müzakirələr zamanı AŞPA üzvlərindən demək olar ki, heç kəs Ermənistan işğalını dilə gətirmədi. Hətta anti-Azərbaycan qüvvələr, xüsusən də prezident Ann Brassör və Baş Katib Savitski həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskiyə təzyiq etməkdən belə çəkinmədilər.

Assambleya məruzənin 1-ci maddəsində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır ” ifadəsini həmişə istifadə etdikləri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə dəyişdi. Ermənipərəst və anti-Azərbaycan qüvvələr bu dəyişikliyə nail olmaq üçün bütün resursları səfərbər etmişdi və bütün güclərini Azərbaycanın və həmməruzəçilərin haqlı tələblərinə qarşı səfərbər etmişdilər. Bu təklifi irəli sürənlərin əsas məqsədi məruzənin 1-ci bəndini dəyişmək, Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun işğal edilməsi faktını gizlətmək idi. Onlar bu maddəni zəiflətmək üçün 4 düzəliş irəli sürmüşdülər. Müxtəlif formada bir-birini təkrarlayan düzəlişləri irəli sürməkdə niyyət onlardan biri qəbul edilməyəcəyi təqdirdə digəri ilə məqsədə nail olmaqdan ibarət idi.

AŞPA üzvləri öz ölkələrindən xüsusi göstəriş almalarına baxmayaraq, bu düzəlişlərdən 3-nü rədd etdilər və sonuncu 1 düzəliş 10 səs çoxluğu ilə qəbul edildi. AŞPA prezidenti Ann Brassör öz məkrli məqsədlərinə nail olmaq məqsədilə müxtəlif bəhanələrlə həmin bəndi bir neçə dəfə səsə qoydu. Hətta səsvermədən sonra kuluarlarda deputatlar qəbul edilən düzəlişin 10 səs çoxluğu ilə qəbul edilməsinə dair şübhələrini gizlətmirdilər.

Qeyd etməliyəm ki, AŞPA-nın Prosedur Qaydalarına əsasən, həmməruzəçilər müzakirələr zamanı düzəlişlərlə bağlı öz fikirlərini bildirə bilərlər. Lakin AŞPA prezidenti Ann Brassör bu müzakirələr zamanı AŞPA-nın Prosedur Qaydalarını kobud şəkildə pozaraq, məruzənin birinci bəndinə düzəlişlərin müzakirəsi bitənədək məruzəçilərə söz vermədi. Məruzəçilər buna etiraz etdikdə, Ann Brassör onlara “sizin belə bir hüququnuz yoxdur” cavabı verdi və Baş katib Savitski də bunu təsdiqlədi. Yalnız AŞPA-nın ispaniyalı üzvü cənab Aqustin Konde buna qarşı çıxış edərək, Prosedur Qaydalarınm tələbləri ilə bağlı geniş izahat verdikdən sonra Ann Brassör həmməruzəçilərə söz verdi. Amma artıq gec idi, Savitskinin erməniləri müdafiə missiyası artıq başa çatmışdı. Bu müzakirələr bir daha sübuta yetirdi ki, AŞPA-da müxtəlif bəhanələrlə Azərbaycana qarşı təzyiqlərin arxasında ərazilərimizin Ermənistan tərəfindən işğalını gizlətmək və işğal faktının unudulmasma nail olmaq dayanır.

Bu isə aydın şəkildə göstərirdiki, əsas mübarizə “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” və “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” məruzələri müzakirəsi zamanı baş verəcək.