HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Erməni dövləti

Qafqazda erməni dövlətinin yaranması

Qafqazın XIX yüzilliyin əvvəllərində xarici dövlətlərin rəqabət və müharibə meydanına çevrilməsi Rusiya imperiyasının birbaşa hərbi müdaxiləsi ilə müşayiət olundu. Dini və etnik amillərdən ənənəvi vasitə kimi istifadə olunması bu prosesdə də istisna deyildi.

Ermənilərin Urartu iddiası

Urartu

Tarixi xronoloji ardıcıllıqla saxtalaşdırmaqda davam edən və özlərinə aid olmayanı mənimsəmək cəhdlərindən əl çəkməyən ermənilərin uydurma yollarla sahib çıxmağa və erməniləşdirməyə çalışdıqları növbəti dövlət Urartudur.

“Dvin şəhəri ermənilərin qədim paytaxtıdırmı?”

Dvin şəhəri Parfiyanın Armeniya (Ermənistan) əyalətinin parf mənşəli Arsakilər sülaləsindən olan Trdatın oğlu, “Kotak” ləqəbli II Xosrovun hakimiyyəti zamanı (330-338-ci illər) salınmışdı. Hesab edilir ki, bu şəhər indiki İrəvan ərazisindən təqribən 35 kilometr cənubda yerləşmişdi.

1441-ci ildə erməni katolikosluğu İrəvan bölgəsinə köçürülənə qədər burada ermənilərə məxsus bir kənd də olmayıb

XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb.

 

Ermənilər Hayasaya iddia edə bilərlərmi?

hayasa falsh

Müasir ermənilərin  tarixini qədimləşdirmək niyyətində olanların həvəslə istinad etdikləri mənbələrdən biri, e.ə. XIV əsrdə Het dövlətinin şimal vilayəti olmuş Hayasadır.