
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.
Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.