HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Irs

Şeyx Babı Yaqub türbəsi – ölkə əhəmiyyətli tarixi memarlıq abidəmiz

Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Təəssüflər olsun ki, rayon ərazisindəki bu abidələr erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib. Bu abidələrdən biri rayonun işğaldan azad olunmuş hissəsində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsidir. AZƏRTAC türbə ilə bağlı məlumatları təqdim edir.

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Həmzə Soltan sarayı

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.