HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Bolnisidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Gürcüstanın Bolnisi rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun ziyalıları, müxtəlif məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Şuşa daş kitabələri 1905-1906-cı illərdə erməni vəhşiliyinin yeni sübutlarını üzə çıxarır

Artıq iki ildən çoxdur ki, Qarabağın, ələlxüsus Şuşa şəhərinin maddi-mədəni irsi ilə bağlı bir çox abidələrdəki ərəb-fars və əski əlifba ilə Azərbaycan dillərində yazılmış mətnləri ardıcıl şəkildə tədqiq edirəm. Qədim yazılı abidələrlə zəngin olan Şuşa şəhərinin daş kitabələrində Azərbaycan tarixi, mədəniyyəti və ictimai-siyasi hadisələri ilə bağlı olduqca maraqlı və vacib faktoloji məlumatlar var.

Türkiyə səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

İyulun 19-da Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfir 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edərək, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.

Xocalı soyqırımından 33 il keçir – Şahidlər hadisə yerində AZƏRTAC-a danışıblar REPORTAJ

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edən zaman dinc sakinlər sağ qalmaq üçün şəhəri tərk etməli oldular. Qarlı, şaxtalı fevral gecəsində təqribən 2500 nəfər sakin Qarqar çayını keçib Ağdama doğru hərəkət etdi. Lakin onların bir qismi donaraq həyatını və ya sağlamlığını itirdi, bir qismi erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi, bir qismi isə girov götürülərək, işgəncələrə məruz qaldı.