Rumıniyanın “Amos News” xəbər agentliyi öz saytında Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın işğal altında olan torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri aydın göstərən videosunu və fotolarını yerləşdirib. Həmin video və fotolar Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və s. yerlərdə çəkilib. Davamını oxu
Monthly Archives: December 2016
Vaşinqtonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib
Dekabrın 6-da ABŞ Konqresinin “Reybern” binasında qondarma “Dağlıq Qarabağın müstəqillik günü”nü bayram edən ermənilərin illik şousu təşkil edilib. Tədbir Xankəndidəki oyuncaq rejimin oyuncaq ofisi, Amerika Milli Erməni Komitəsi, öz büdcəsini ABŞ-ın erməni icmasının hesabına dolduran Amerika Erməni Assambleyası kimi qarşılıqlı əlaqəli qurumlar şəbəkəsi və Ermənistan Respublikasının əslində özü müstəqil dövlət olmayan bir ölkəni təmsil edən səfirliyi tərəfindən təşkil edilib. Qarabağın azərbaycanlı əhalisinə qarşı etnik təmizləməni və beynəlxalq hüquq normalarının digər ciddi pozulmalarını bayram etmək üçün keçirilən növbəti şouya Yerevandan oyuncaq rejimin “baş naziri” Araik Arutyunyan da gəlmişdi. Davamını oxu
Zaxarova: “Hamburqda 3+2 formatında görüşün keçirilməsinin mümkünlüyü müzakirə olunur”
ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 3+2 formatında – Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyü müzakirə olunur. Davamını oxu
Bakıda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilir
Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda beynəlxalq konfrans keçirilir. Davamını oxu
Dövlət qulluqçularının “Maraqların toqquşmasının qarşısının alınması” üzrə maarifləndirmə tədbiri həyata keçirilib
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi və Dövlət Dəniz Administrasiyasında işləyən əməkdaşlarla “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan “Maraqların toqquşmasının qarşısının alınması” sahəsində maarifləndirmə işlərinin aparılması məqsədilə “Maraqların toqquşması və onun həlli” mövzusunda tədbir keçirilib. Davamını oxu