“8 ildə böyük işlər görmüşük. Bu gün həmin işlərə baxmaq olar. Bizim üçün əsas Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün dinlərə və xalqlara hörmətli münasibət və Rusiya cəmiyyətinə inteqrasiya olub”. Davamını oxu
Monthly Archives: December 2016
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.
Ermənistanın dövlət ideologiyası faşizm prinsiplərinə əsaslanır
Nürnberq məhkəməsinin tarixi qərarları bugünkü neonasistləri də ittiham edir
70 il öncə, 1946-cı ildə Nürnberq tribunalı sağ qalmış alman nasist cinayətkarlarına hökm qərarını elan etmişdir. Məhkəmə prosesi 20 noyabr 1945-ci ildə Almaniyanın kiçik bir şəhəri Nürnberqdə başlamışdır. Bu şəhər təsadüfən seçilməmişdir. Şəhər uzun zaman faşizmin istehkamı olmuş, milli-sosialist partiyasının qurultayının və onun hücumçu dəstələrinin paradının qeyri-ixtiyarı şahidinə çevrilmişdi. Davamını oxu
Ermənistanın Dağlıq Qarabağ “formulu”
Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsində Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı. Davamını oxu
Yaqub Mahmudov : “İngilis sənədlərində xalqımızın humanistliyindən yazırlar, Fətəli Xan Xoyskini tərif edirlər”

Bu gün Ermənistan dövlətinin, erməni diasporunun, lobbisinin illərdir tətbiq etməyə çalışdığı hədəflərin necə saxta olduğunu elə təkcə 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində baş verən mart soyqırımının saysız qurbanları ilə puç etmək olar. Davamını oxu
Elxan Süleymanov: Erməni tərəfinin Azərbaycana qarşı təxribatları intensivləşir
Erməni tərəfinin Azərbaycana qarşı təxribatları intensivləşir
Son illər Azərbaycanın xarici siyasətdə, xüsusilə də beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı qazandığı uğurlar erməni lobbisinin və digər anti-Azərbaycan qüvvələrin dərin təşvişinə səbəb olmuşdur. Bu uğurlar əsasən 2 məsələ – qondarma insan hüquqları pozuntuları, siyasi məhbus məsələləri ilə təzyiq göstərilməsi cəhdlərinin iflasa uğraması və Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonlarının davam edən işğalı ilə bağlı qətnamələrin qəbuludur. Əgər siyasi məhbus məsələsində əldə edilən uğurun göstəricisi 2013-cü ildə AŞPA-da alman millət vəkili Kristof Ştrasserin məruzəsinə AŞPA üzvlərinin mütləq əksəriyyəti tərəfindən əleyhinə səs verməsi idisə, Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun işğalı ilə bağlı qəbul edilmiş qətnamələrdir. Bu istiqamətdə qəbul edilən son qətnamə Bosniyalı deputat Militsa Markoviçin müəllifi olduğu 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamədir. Qətnamədə: Davamını oxu