Dekabrın 26-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “İçəri şəhər tarixdə – tarix İçəri şəhərdə ” adlı elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva qeyd etdi ki, bu konfrans hər bir azərbaycanlı üçün əziz olan İçəri şəhərin tarixinin araşdırılmasına növbəti töhfədir. “İçərişəhər” Qoruq İdarəsinin Elmi-Mədəni Mərkəzi bu günə qədər genişmiqyaslı elmi-praktik konfranslar keçirmiş, onun materiallarını kitab şəklində nəşr etdirmişdir. Davamını oxu