Ankarada Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun qətlə yetirilməsi hadisəsini Roma Tor Vergata Universitetinin tədqiqatçısı, ASRIE təşkilatının direktoru Culiano Bifolki 1905.az portalı üçün şərh edir: Davamını oxu
Monthly Archives: December 2016
Axtarış-xilasetmə Qərargahının məlumatı
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Davamını oxu
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.
Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 dekabr 2016-cı il.
AVCİYA-nın təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi
Dekabrın 19-da Şamaxı şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi. Davamını oxu
Azərbaycan Prezidenti Xəzərdə baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncam dekabrın 15-də Xəzər dənizində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədilə imzalanıb. Davamını oxu
Milli Məclisdə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib
Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib. Davamını oxu