Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Davamını oxu
Monthly Archives: December 2016
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Xəbər verildiyi kimi, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində ilkin məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Vəziyyət barədə məlumat dərhal Azərbaycan Respublikasının Prezidentinə məruzə edilib. Dövlətimizin başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib. Davamını oxu
Dövlət Dəniz Administrasiyası Mətbuat Xidmətinin Məlumatı
Bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən Sənqaçal Estakadasının “Nst-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşmışdır.
Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər- “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” ilk öncə hadisə yerinə yönəldilmişdir.İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilimişdir.
Hal-hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır.
Mənbə: http://ardda.gov.az/?p=5216#more-5216
N.Nərimanov adına neft və qazçıxarma idarəsində baş vermiş hadisə ilə əlaqədar “Azneft” İB-də qərargah yaradılıb
Dekabrın 15-də N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər prospekti, 73) qərargah yaradılıb. Davamını oxu
Xəzər dənizində külək estakadanı uçurub, 10 nəfər itkin düşüb
Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Davamını oxu
Fuad Hüseynzadənin diasporumuz haqqında çox dəyərli kitabı
Dekabrın 9-da “1905.az” portalının “Kvartet” rubrikasında Fuad Hüseynzadənin “Dünya Azərbaycanlılarının palitrası” kitabı müzakirə olundu. Müzakirədə kitabın müəllifi, Azərbaycan Diapor Jurnalistləri Birliyinin rəhbəri Fuad Hüseynzadə, uzun müddət Qazaxıstanda və Orta Asiyada telejurnalist kimi çalışmış Aida Eyvazova iştirak edirdi. Ümumrusiya Azərbaycanlıları Konqresinin Krasnoyarsk şöbəsi üzrə sədr müavini Ələkbər Qarayev və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, Moskvada yaşayan gənc diaspor üzvü Toğrul Alahverdili müzakirələrə “Skype” vasitəsilə qoşuldular. Davamını oxu