Aprelin 18-də Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi müzakirə olunub. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə universitetin prorektoru Şaiq Əsgərov açıb. Ş.Əsgərov qeyd edib ki, layihə çərçivəsində Obama administrasiyasına AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə imzalanan müraciət Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsidir. Prorektor petisiya layihəsi ilə bağlı ADİU-da aparılan işlərdən danışıb və tələbələri səsvermə prosesində fəal olmağa çağırıb. Davamını oxu
Yearly Archives: 2016
Dağlıq Qarabağla bağlı petisiya layihəsi çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş olub
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb.
APA-nın məlumatına görə, akademiyanın rektoru Urxan Ələkbərov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsinin əhəmiyyətindən, AVCİYA rəhbərliyinin beynəlxalq fəaliyyətindən danışıb.
AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov bildirib ki, Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyada imzaların sayı 100 mini keçib: “Bu, bizim üçün böyük uğurdur. Bizim çağırışımıza qoşulan, dəstək olan bütün həmvətənlərimə təşəkkürümü bildirirəm. Dövlət İdarəçilik Akademiyası Azərbaycanın ictimai-siyasi idarəçiliyində öz yeri olan əhəmiyyətli təhsil olacaqlarından biridir. Bu akademiyada təhsil alan hər kəsi fəal olmağa, səsimizə səs verməyə çağırıram”.
Assosiasiya sədri bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.
Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.
Yadigar Muradov: Ermənistan təcavüzünün canlı şahidi kimi bütün sənət adamlarımızı qoşulmağa çağırıram
Petisiyaya bu linkdən səs verin:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe
Əli Həsənov Ordumuzun hücumundan danışdı
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xəzər” televiziyasına eksklüziv müsahibə verib. Davamını oxu
Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub. Davamını oxu
İlham Zəkiyev: Bütün idmançılarımızı bu petisiyaya səs verməyə çağırıram.
Petisiyaya bu linkdən səs verə bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe