Aprelin 12-də Gəncə Dövlət Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən irəli sürülmüş “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi müzakirə olunub. Xatırladaq ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub. (https://petitions.whitehouse.
Gəncə Dövlət Universitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetinin prorektoru Asif Cavadov petisiyanın əhəmiyyəti barədə danışıb. Davamını oxu
Yearly Archives: 2016
İƏT-in baş katibi: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitində çıxış edən qurumun baş katibi İyad bin Amin Mədəni təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə danışıb. Davamını oxu
Erməni tərəfi yenidən cəbhədə vəziyyəti gərginləşdirir
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir.
Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub. Davamını oxu
AVCİYA-nın Ağ Ev Administrasiyasının internet resursundakı petisiya layihəsi Bakı Dövlət Universitetində müzakirə olunub
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya” layihəsi çərçivəsində AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun universitetlərdə keçirilən görüşləri davam edir. Xatırladırıq ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb. Davamını oxu
Rus Pravoslav Kilsəsi: Qarabağ münaqişəsinin həllində vasitəçiliyə hazırıq
“Rus Pravoslav Kilsəsi həmişə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır”. Davamını oxu
Erməni silahlı bölmələri cəbhənin sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 132 dəfə atəş zərbəsi endirib.