MN Sənədli və Tədris Filmləri Kinostudiyası
Düşmənin komanda-qərargah məntəqəsinin darmadağın edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın video görüntüsü – 04.04.2016
Mənbə: mod.gov.az
MN Sənədli və Tədris Filmləri Kinostudiyası
Düşmənin komanda-qərargah məntəqəsinin darmadağın edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın video görüntüsü – 04.04.2016
Mənbə: mod.gov.az
Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Dilsuz Məmmədağa oğlu Qarayev bu gün dəfn olunub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonunun Hindarx qəsəbə sakini olan 1990-cı il təvəllüdlü gizir Dilsuz Qarayevin cənazəsi ötən gecə yaşadığı evə gətirilib.
Bu gün Hindarx kənd qəbiristanlığında dəfn mərasimi keçirilib. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyətinin rəsmləri, şəhidin hərbçi yoldaşları, kənd sakinləri iştirak edib . Dilsuz Qarayevin tabutuna çəkilən döyüş bayrağı şəhidin qardaşı Pərviz Qarayevə təqdim olunub. Davamını oxu
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 4-də erməni silahlı bölmələri Xocavənd – Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Davamını oxu
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir. Davamını oxu
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı Türkiyənin Anadolu Agentliyinin suallarını cavablandırıb. Davamını oxu