Qafqaz Müsəlmanları İdarəsində 31 Mart – Azərbaycanlılarının Soyqırım Günü ilə bağlı keçirilən tədbirdə ölkədəki dini konfessiyaların adından dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət qəbul edilib.
APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı böyük günahlardan hesab olunur. Davamını oxu →
2014-cü ilin 28 martında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Şamaxıya təşkil etdiyi press tur çərçivəsində təşkilatın prezidenti, millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında 1905.az portalının təqdimatı oldu… Davamını oxu →
28 mart 2014-cü ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Şamaxıya təşkil etdiyi press tur çərçivəsində millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında 1905.az portalının təqdimatı oldu.
1905.az portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ermənilərin azərbaycanlılara qarşı başladıqları soyqırım siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir.
Portal ermənilərin Azərbaycana gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımları, deportasiyalar, Ermənistanın Azərbaycana təcavüzü haqqında internet-resursdur. Burada mövzuya uyğun kitablar, məqalələr, müsahibələr, şahidlərin ifadələri, fotolar və digər materiallar təqdim olunur. 12 dildə (Azərbaycan, ingilis, fransız, ərəb, ispan, rus, Çin, alman, türk, fars, gürcü və erməni dillərində) fəaliyyət göstərən resurs daim inkişaf edir: materiallar işlənir, yeni məqalə və informasiyalar əlavə olunur.
Portalın tərcümə işləri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) Tərcümə Laboratoriyası tərəfindən həyata keçirilir.
LAYİHƏNİN RƏHBƏRİ:
Elxan Süleymanov,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Ötən gün Azərbaycan – Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlı dəfn edilib. Davamını oxu →
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Voskevan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Davamını oxu →
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb. Davamını oxu →
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.