Yearly Archives: 2016
1918-1920-ci il hadisələri, mart soyqırımı
1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır.
Rəsmi Moskva: Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyirik
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı bildirib. Davamını oxu
Ermənistan tərəfi təxribatlarını gizlətmək məqsədilə dezinformasiya yaymağa üstünlük verir
ATƏT-in Minsk qrupu həmsədrlərinin Novruz və Pasxa bayramları müddətində atəşkəs rejiminə ciddi əməl edilməsi çağırışı Ermənistan tərəfindən birtərəfli qaydada rədd edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Novruz ərəfəsində və bayram günlərində Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı silahlardan, minaatan və qumbaraatanlardan istifadə etməklə qoşunların təmas xəttində gərginliyi xeyli artırıb. Düşmən mövqelərimizi, cəbhəboyu zonada yerləşən kəndləri, eləcə də hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri atəşə tutmaqda davam edib. Davamını oxu
Abxaziya münaqişəsi abxaz alimin təqdimatında
Abxaz müəllif Oleq Nesteroviç Damenianın qələmə aldığı “Abxaziya əsrlərin qovşağında” (Абхазия на рубеже веков) kitabı 2011-ci ildə Sankt Peterburqun Yuridiçeskiy Çentr Press nəşriyyatında 500 nüsxə tirajla çapdan çıxmışdır. Fəlsəfə elmlər doktoru Damenia 1992-1996-cı illərdə qondarma Abxaziya Parlamentinin deputatı olmuşdur və hal-hazırda Suxumidə Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir. Davamını oxu
Millət vəkili Elxan Süleymanov təqaüdçüləri və onların valideynləri ilə görüşüb (Fotolar)
Şamaxının millət vəkili Elxan Süleymanov son illər ərzində yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı gənclərlə və Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqələrinin qalibləri ilə görüşüb. Təsis etdiyi təqaüdü alan gəncləri, eləcə də onların valideynlərini Novruz bayramı münasibətilə təbrik edən Elxan Süleymanov sovqatlarını təqdim edib.